Cümə, 19 İyul 2019
USD : 1.7
EUR : 1.9178
Hava
+29 ° Baku
+31 ° Quba
+23 ° Qusar
+32 ° Gəncə
+28 ° Lənkəran
+30 ° Naxçıvan
+35 ° Salyan
+32 ° Şəki

İrandan ABŞ-ın tankerlərə hücumla bağlı ittihamlarına cavab

İran Məşvərət Şurasının spikeri Əli Ərdəşir Laricani Vaşinqtonun Oman körfəzində baş vermiş insidentlə bağlı Tehranın ünvanına səsləndirdiyi ittihamları şərh edib

O bunu parlamentin açıq iclasında çıxışı zamanı deyib.

“Bu hərəkət və ittihamlar iqtisadi məhdudiyyətlərin davamıdır, çünki onlar sanksiyalar vasitəsi ilə öz məqsədlərinə çata bilmədilər”, – deyə Laricani qeyd edib.

Spikerin sözlərinə görə, Birləşmiş Ştatlar özü tankerlərə hücum edə bilər. O bildirib ki, belə bir hadisə II Dünya müharibəsi zamanı baş verib. Həmin vaxt ABŞ düşmənçiliyinə bəraət qazandırmaq üçün Yaponiya yaxınlığında öz gəmilərinə hücum edib. /Report

pia.az

Etiket:

loading...