Bazar ertəsi, 14 Oktyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Husilər piotsuz aparatlarla Səudiyyə Ərəbistanının iki aeroportuna hücum edib

Yəməndə qiyamçı husilər pilotsuz aparatlarla Səudiyyə Ərəbistanının cənubundakı Cizan və Abxa aeroportlarına hücum edib

APA-nın xəbərinə görə, bu barədə “Al-Masira” telekanalı iyunun 15-də məlumat yayıb.

Husilər pilotsuz aparatlarla Cizan aeroportunun dispetçer məntəqəsini və Abxa aeroportunun yanacaqdoldurma stansiyasını hədəf seçiblər. Hazırda bu aeroportlar fəaliyyət göstərmir.

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Abxa şəhərinə yönələn pilotsuz aparatların vurulduğunu bəyan edib. Aeroportlara hücum zamanı ölən və yaralananların olub-olmadığı barədə məlumat verilmir.

Qeyd edək ki, husilər iyunun 12-də raketlərlə Abxa aeroportuna zərbə endirmiş, həmin vaxt 26 nəfər yaralanmışdı.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket:

Şərh yazın.

loading...

Ən çox oxunanalar