Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Baba Rzayevin şirkəti ötən il 6 milyon qazanıb

Əsas əməliyyat gəlirləri 53 milyondan 40 milyona düşüb

“BAKELEKTRO” ASC 2018-ci ili 5 milyon 948 min manat xalis mənfəət ilə başa vurub. ASC 2017-ci ili 7 milyon 217 min manat xalis mənfəətlə bağlamışdı. Beləliklə, illik müqayisədə ASC-nin xalis mənfəəti 1 milyon 269 min manat və ya 17,6% azalıb. Səbəb şirkətin gəlirlərinin azalmasıdır.

“Marja” ASC-nin illik hesabatına istinadən xəbər verir ki, “BAKELEKTRO”nun əsas əməliyyat gəlirləri 2017-ci ildə 53 milyon 338 min manat ikən, 2018-ci ildə 40 milyon 469 min manata düşüb (12 milyon 869 min manat və ya 24% azalıb).

31 Dekabr 2018-ci il tarixində “BAKELEKTRO” 25 milyon 108 min manat cəmi aktivlərə malik olub.

“Azərenerji”nin sədri olan Baba Rzayev əvvəl “Bakelektro” ASC-nin icraçı direktoru işləyib. Hazırda “Bakelektro”ya da onun qardaşı Emin Rzayev rəhbərlik edir.

“AzPolitika.info” onu da xatırladır ki, mətbuatda həmçinin Bakıda Böyükşor şossesində yerləşən “Santral Elektrik LTD” şirkətinin səhmlərinin də Baba Rzayevə aid olduğuna dair məlumatlara rast gəlinir.

Qeyd olunur ki, “Legrand” (Fransa), “Pirelly” “GEWISS”, “KEMMR.I” (Finlandiya), “Vortice” (İtaliya), “Stanley” (ABŞ), “Philips”, “Osram”, “Dewallt”, “Massive” və başqa şirkətlərin Azərbaycanda rəsmi distribütoru da “Santral Elektrik”dir.

“Santral Elektrik LTD” Ədliyyə Nazirliyində 2003-cü ildə qeydiyyata alınıb. O vaxt şirkətə Emin Rzayev – B.Rzayevin qardaşı rəhbərlik edirdi. Sonradan “Santral Elektrik”ə rəhbərlik səlahiyyəti İlham Həsənova – B.Rzayevin qaynına verilib.

Həm də təkcə “Santral Elektrik” yox. Mətbuatda dərc olunan məlumatlarda deyilir ki, bu ailənin biznesi 2006-cı ildən sonra çiçəklənməyə başlayıb. Bu isə B.Rzayev paytaxtın elektrik paylama şəbəkəsinə nəzarət edən dövlət qurumu olan “Bakıelektrikşəbəkə”nin sədri təyin olunan vaxta təsadüf edir. Məhz o dövrdə paytaxtın elektrik şəbəkəsi də özəl əllərdən – “Barmek” şirkətindən alınaraq bərpa edilmiş dövlət qurumuna – “Bakıelektrikşəbəkə”yə keçib.

“Bakelektro” ASC-yə gəldikdə isə o, 110, 35, 10 və 6kV-luq yarımstansiyaların inşası, orta və alçaq gərginlikli elektrik sistemləri, zəif axın, ehtiyyat elektrik sistemləri və avtomatika sistemlərinin layihəsi, quraşdırılması, sınaqdan keçirilməsi və servis işləri üzrə 20 ildən artıq təcrübəyə malikdir.(azpolitika.info)

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar