Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Düşmən üçün görünməz olan yeni zenit-raket kompleksi nümayiş olundu

Rusiyada keçiriləcək beynəlxalq “Armiya-2019” hərbi-texniki forumunda modernləşdirilmiş və piyadaların döyüş maşınının (PDM-3) şassisində “Sosna” zenit-raket kompleksi nümayiş etdiriləcək

Virtualaz.org Rusiya mətbuatına istinadən xəbər verir ki, sözügedən ZRK təyyarələrin və vertolyotların hücumlarının qarşısının alınması, qanadlı raketlərin, yerə istiqamətlənmiş aviabombaların, pilotsuz uçuş aparatlarının məhv edilməsi və yerüstü yüngül zirehli texnikanın sıradan çıxarılması üçün nəzərdə tutulub.

Onun yüksək dəqiqlikli raketləri lazer şüası ilə hədəfə yönəldilir, silahı isə çoxkanallı avtomatik optik-elektron sistem idarə edir. Ən yeni idarə olunan “Sosna” ZRK-nın əsas üstünlüyü universallığıdır.

“Sistem həm gündüz, həm gecə, həm də əlverişsiz hava şəraitində işləyir”, - bunu “Nudelman adına dəqiq maşınqayırma konstruktor bürosu”nun texniki direktorunun müavini Vladimir Ukleyev deyib.

On iki nəqliyyat-atəş konteyneri praktiki olaraq istənilən şassi üzərində yerləşdirilə bilər – bu sıraya həm təkərli, həm də tırtıllı hərbi texnika aiddir.

Maşını idarə etmək və hava, yerüstü və hətta dəniz hədəflərinə atəşi həyata keçirmək üçün cəmi iki adam tələb olunur: sürücü-mexanik və operator.

Nəqliyyat-atəş konteynerlərinin qalxma bucağı imkan verir ki, 5 və 10 kilometrə qədər məsafədə uçan hədəfləri aşkarlasın və vursun.

“Maşının ən cəlbedici xüsusiyyəti radiocihazlar üçün görünməz olmasıdır. Hədəfin aşkarlanması və nişanalma optik diapazonda aparılır, buna görə də, düşmən bu maşını görə bilmir”, - Ukleyev deyir.

Modernləşdirilmiş “Sosna” ZRK-nın artıq bu il Rusiya ordusunun ixtiyarına veriləcəyi gözlənilir.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar