Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu gecə İmamoğlu-Yıldırım “duel”i olacaq... 

Bu axşam Türkiyə vaxtı ilə saat 21.00-da İstanbul Bələdiyyə sədrliyi uğurunda üz-üzə gələn Binəli Yıldırımla Əkrəm İmamoğlu canlı yayımda debata çıxacaqlar

Həm AKP, həm də CHP-nin razılaşmasına əsasən, debatın moderatorluğunu edəcək İsmail Küçükkaya axşamkı “duel”lə bağlı maraqlı açıqlamalar verib.

Moderator deyib ki, bir qrup var ki, onlar bu debatın baş tutmasını istəmirlər: “Mən Türkiyənin qazanmasını istəyirəm. Həmin qrup isə Türkiyənin qazanmasını deyil, qarışmasını istəyirlər. Məni təzyiq altında saxlamaq istəyənlərlə bağlı prokurorluq araşdırma aparır, onlar cavab verəcəklər”.

Küşükkaya etiraf edib ki, ondan əvvəl debatın moderatorluğu Uğur Dündara həvalə olunubmuş: “Onun adı ortaya çıxanda, mənim üçün bu məsələ qapandı. Çünki o, televiziya xəbərçiliyinin bir nömrəsi, canlı əfsanəsi, hər kəsin güvəndiyi bir peşəkardır, böyümüzdür. Lakin Uğur Dündar inanılmaz formada sosial mediada linc edildi deyə o, bunu qəbul etmədi, geri çəkildi. Bundan 10 saat sonra CHP qrup başqan vəkili Engin Altay mənə zəng etdi. O, AKP sədrinin köməkçisi Mahir Ünalla birlikdə olduğunu və “CHP və AKP sizin adınızda birləşdi” dedi. Bir an belə düşünmədən “qəbul edirəm” dedim.

Küşükkaya etiraf edib ki, anası qərarına qarşı çıxıb:

“Anam “qəbul etmə, oğlum. Bax, Uğur Dündar qəbul etmədi, o, sənin böyüyündür, həm də çox təcrübəlidir. Sən də girmə bu işə, övladım”dedi və geri çəkilməmi istədi. Amma mən anamı inandıra bildim”.

Küçükkaya deyib ki, debatla bağlı 18-20 sual hazırlayıb: “Mövzumuz bəllidir: İstanbul və seçki. Heç kim narahat olmasın, soruşulması vacib olan sualları verəcəyəm. Sadəcə, mənim deyil, xalqın maraqlandığı, cavab axtardığı sualları hazırlamışam. Bundan əlavə, hər ikisinə ayrı-ayrı 3 sualım olacaq. Əlimdə saniyə ölçən cihaz olacaq, hər suala 3 dəqiqəlk cavab haqqı tanıyacam”.

Küçükkaya deyib ki, həm Binəli Yıldırım, həm də Əkrəm İmamoğlu düşərgəsindən ona “nə istəsəniz, soruşa bilərsiniz” mesajı verilib: “Bir daha deyirəm, heç kəs narahat olmasın: çətin, yaxud asan sual deyil, soruşulması vacib olan suallarım olacaq.

Burada üslub çox önəmlidir. Əsla rahatsızedici üslubum olmayacaq. Proqramda bütün haqlar məndə olacaq. Tərəflərin bir-birlərinin sözlərini kəsməsinə də izn verməyəcəm”.(Strateq.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar