Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ronaldonun son mövsümlə bağlı “siyahı”sı

Portuqaliya millisinin və "Yuventus"un hücumçusu Kriştiano Ronaldo geridə qalan mövsümlə bağlı açıqlama yayıb

Sosial şəbəkə hesabından açıqlama yayan 34 yaşlı futbolçu, unudulmaz mövsüm keçirdiyini qeyd edib:

"Unudulmaz bir mövsüm keçirdim. Yeni təcrübə, böyük klub, əla şəhər, qırılan rekordlar və qazanılan daha üç titul. Bütün "Yuventus" azarkeşlərinə təşəkkür edirəm. Siz bizim qələbələrimizin vacib bir hissəsiniz. Dünyadakı bütün azarkeşlərimə, xüsusilə, Portuqaliyadakı insanlara ölkəmiz adına tarixi qələbə qazanmağa kömək etdikləri üçün təşəkkür edirəm.

Son mövsümdə yaşadığım gözəl anları və rekordlarımı heç vaxt unutmayacam:

İtaliya superkubokunda qələbə qolu
İtaliya A Seriyasında çempionluq, ən yaxşı futbolçu və 21 qol
UEFA Millətlər Liqasının qalibi və het-trik
Çempionlar Liqasında 100 qələbəyə imza atan və 125 qol vuran ilk futbolçu
UEFA-nın 10 titulunu qazanmış ilk futbolçu
Mill komandanın iştirak etdiyi bütün turnirlərin final mərhələlərində qol vuran ilk futbolçu: dünya çempionatında, Avropa çempionatında, Konfederasiyalar Kubokunda və Millətlər Liqasında
2004-cü ildən 2019-cu ilə qədər milli komandaların iştirak etdiyi 10 ardıcıl final mərhələlərində qol vuran ilk futbolçu".(komanda.az)

pia.az

 


Etiket: Ronaldo

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır

Ən çox oxunanalar