Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Baba Vəziroğlu inkar etdi: “O sənədə imza atmamışam”

Xəbər verdiyimiz kimi, Azərbaycanın 35 tanınmış ziyalısı adından Prezident İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya müraciət ünvanlanıb

Müraciətdə ziyalılar məhkəmədə haqsızlıqla üzləşən Azərbaycan vətəndaşının pozulmuş hüquqlarının bərpa edilməsini ölkə rəhbərliyindən xahiş edirlər.

Müraciəti imzalayanlar arasında adı qeyd olunan yazıçı Baba Vəziroğlu musavat.com ilə əlaqə saxlayaraq belə bir sənədə imza atmadığını bildirdi.

Əməkdaşımızla söhbətində B.Vəziroğlu dedi ki, belə bir müraciətdə imzasının olması barədə ona bu gün media vasitəsilə məlum olub. Müsahibimizin sözlərinə görə, Ali Məhkəmənin qüvvəyə minmiş qərarını müzakirə etməyi heç zaman doğru hesab etməyib: “O məktubda mənim imzam yoxdur. Belə bir şeyə qol çəkməmişəm. Bu sahəni bilən mütəxəssislərdən də soruşdum. Ümumən Ali Məhkəmənin qüvvəyə minmiş qərarından şikayət etməyi hüquqi baxımdan da düzgün hesab etmirəm. Ali Məhkəmə son instansiyadır”.

B.Vəziroğlu dedi ki, adını siyahıya kimin daxil etməsi barədə məlumatı yoxdur. Bunu aydınlaşdıra bilmədiyini deyən müsahibimizə görə, böyük ehtimalla ortada texniki bir yanlışlıq olub: “Düzdür, ziyalıların rayonu olmur, ziyalılar xalqın ziyalılardır. O siyahıda da mənə yaxın olan ziyalıların adları var. Mən də heç kimi qınamıram. Amma bildirmək istəyirəm ki, bu sahədə diletantam. Anlayışım və səlahiyyətim olmayan məsələ barədə müraciət etməyi də düzgün hesab etmirəm”.

Xatırladaq ki, müraciəti imzalayan ziyalılar arasında Musa Yaqub, Qulu Məhərrəmli, Seyran Səxavət kimi tanınmış şəxslərin də adları var.

Müraciətin mətni ilə tanış olmaq üçün aşağıdakı linkə daxil ola bilərsiniz.

https://musavat.com/news/musa-yaqub-seyran-sexavet-baba-veziroglu-qulu-meherremli-35-taninmis-ziyalidan-prezidente-ve-i-vitse-prezidente-muraciet_620679.html

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Müharibə başlayandan bəri Belqorod vilayətində 120 nəfər ölüb

Xüsusi zolaqların çoxalması velosiped alanların sayını artırdı - Video

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb

Ən çox oxunanalar