Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gəncədə gənclərdən ibarət cinayətkar dəstə ələ keçdi 

Oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakinləri saxlanılıb

Gəncədə evlərdən birindən 2000 ABŞ dolları nağd pul, ümumi dəyəri 3000 manat olan iki ədəd qızıl saat, ümumi dəyəri 700 manat olan iki ədəd mobil telefon və 500 manat dəyərində bəzək əşyaları oğurlanıb.

Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb.

Gəncə ŞBPİ-nin Nizami rayon Polis İdarəsinin əməkdaşları həmin ünvana gedib, müvafiq tədbirlər həyata keçiriblər.

Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakinləri, əvvəllər məhkum olunmuş, 18 yaşlı Mahir Tağıyev, 23 yaşlı Xəlil Qarayev və 20 yaşlı Mayıl Həsənov saxlanılıb.

Dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri oğruluq hadisəsini etiraf ediblər və oğurladıqları əşyaları satdıqlarını deyiblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.(oxu.az)

pia.az

 

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Ən çox oxunanalar