Prezident Klaus Yohannis Avropa İttifaqı rəhbərliyini konkret addımlar atmağa çağırıb
Rumıniya Prezident Administrasiyasının yaydığı məlumata əsasən, ölkə Prezidenti Klaus Yohannis Avropa İttifaqı rəhbərliyini Moldovada böhran vəziyyətə son qoymaq üçün konkret addımlar atmağa çağırıb.
Bildirilir ki, Aİ-nin bu istiqamətdə fəaliyyəti danışıqlara əsaslanmalı, qurumun prinsipləri və dəyərləri üzərində qurulmalıdır. Eyni zamanda, qeyd olunur ki, Rumıniya Moldovanın Avropa yolunu dəstəkləməyə hər zaman hazırdır(azərtac).
pia.az