Bazar ertəsi, 10 Avqust 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

“Çin ABŞ sanksiyalarına baxmayaraq İranla əməkdaşlığı davam etdirəcək” – Si Tsizinpin

"Pekin Tehranla «dayanıqlı münasibətlərin inkişafı»na təkan verməyə hazırdır"

Çin Xalq Respublikasının (ÇXR) sədri Si Tsizinpin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) bu gün Bişkəkdə keçirilən sammiti çərçivəsində İran İslam Respublikasının (İİR) prezidenti Həsən Ruhani ilə keçirdiyi görüşdə bildirib ki, Pekin Tehranla «dayanıqlı münasibətlərin inkişafı»na təkan verməyə hazırdır. Bu zaman, Çin lideri qeyd edib ki, Birləşmiş Ştatların anti-İran sanksiyalarından asılı olmayaraq, onun ölkəsi İran İslam Respublikası ilə sıx əməkdaşlığı qorumaqda davam edəcək.

«Sinxua» agentliyinin qeyd etdiyi kimi, ÇXR sədri bu bəyanatı Birləşmiş Ştatların Oman körfəzində «iki neft tankerinə olan hücumda» İranı günahlandırmasından cəmi bir neçə saat sonra səsləndirib. Məlumdur ki, bu insidentdən sonra dünya bazarında neftin qiyməti qalxıb və ABŞ-İran qarşıdurmasının yenidən kəskinləşməsi ehtimalı artıb.

Xatırladaq ki, ABŞ dövlət katibi Mayk Pompeo cümə axşamı Oman körfəzində iki neft tankerinə olan hücumda İranı günahlandırıb. Vaşinqton və onun Yaxın Şərqdəki müttəfiqləri analoji ittihamı ötən ay Birləşmiş Ərəb Əmirlikləri sahillərində 4 tankerə olan hücumdan sonra da səsləndirmişdilər.

Bundan əvvəl, İran hakimiyyəti bu faktı «şübhəli» adlandırmışdı ki, Hörmüz boğazında baş vermiş yeni insident məhz Yaponiyanın Baş naziri Sindzo Abenin İrana səfəri ilə üst-üstə düşüb. İranın xarici işlər naziri Mohəmməd Cavad Zərif özünün «Tvitter» səhifəsində qeyd edib ki, Yaponiya ilə bağlı tankerlərə hücum bu ölkənin Baş naziri Sindzo Abe ilə İranın ali rəhbəri Seyid Əli Xomeneinin görüşü anında həyata keçirilib.

AzPolitika.info


Etiket: Çin İran ABŞ

Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Qorxmaz Hüseynovun QIZIL SUYUNA çəkilmiş villası – Fotolar

"Elçibəy mənə xüsusi tapşırmışdı ki, kontraktdakı payların bölünməsində 2 şirkətin razı qalmasına çalışım"

Lukaşenkonun təyyarəsi Minski tərk etdi, şəhərə qoşun yeridildi

AZAL-ın vitse-prezidentinin oğlunun Britaniyadakı şirkətləri üzə çıxdı - Siyahı, Fotolar

İsmayıl Hüseynovun səlahiyyətləri alındı - DGK-da baş verənlərin təfərrüatı

Daha bir vəzifəli şəxs rüşvət alarkən yaxalandı

DTX-nin həbs etdiyi general-leytenant Əfqan Nağıyev bəraət alıb?

Hafiz Hacıyev: “Heç vaxt Ramiz Mehdiyevin əlindən öpməmişəm”

Ötən ay vəzifədən azad olunan general vəfat etdi

loading...

Ən çox oxunanalar