Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Rəsmi Bakı Trampla Xameneyinin görüşü təklifini irəli sürməlidir” - Müsahibə

Politoloq: “İranla ABŞ arasında danışıqlar prosesində yaranmış vəziyyət Azərbaycan üçün bir fürsət kimi dəyərləndirilməlidir”

ABŞ-la İran gizli danışıqlarda nədəsə razılaşa bilmirlər. Ona görə də bir-birinə qarşı hərbi güc nümayiş etdirirlər. Buna görə də yaranmış vəziyyəti iri müharibəyə doğru hazırlıq kimi qiymətləndirirəm”.

Bu sözləri Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu Oman körfəzində tankerlərin partladılmasından sonra ABŞ-la İran arasında yaranmış vəziyyəti PİA.az-a şərh edərkən bildirib.

Xəbər verdiyimiz kimi dünən Oman körfəzində iki neft tankerinə hücum edilib. Məlum olub ki, dənizçilər xilas edilib. Hücum Norveç bayrağı altında üzən “Front Altair” və Panama bayrağı altında üzən “Kokuka Courageous” tankerlərinə edilib.

Hücumdan bir neçə saat sonra “Front Altair” tankerinin batdığı xəbəri yayılıb.

Tayvanın dövlət energetika şirkəti bəyan edib ki, “Front Altair” Yaxın Şərqdən yanacaq daşıyırdı. Onun tərkində 75 min ton liqroin maddəsi olub.

Oman hökuməti isə hələlik Norveç tankerinə hücum faktını təsdiqləyib. Bildirilir ki, İran sularında baş verən hücum zamanı tankerin göyərtəsində partlayış meydana gəlib. Ekipaj təxliyə edilib. Xilasetmə əməliyyatını İran həyata keçirib. 44 nəfər İrana aparılıb.

ABŞ Oman körfəzində tankerlərə hücumdan sonra, körfəzə qırıcı “USS Mason” hərbi gəmilərini göndərmək qərarına gəlib.

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının məlumatına görə, bu hadisədə Amerika öz maraqlarını müdafiə edəcək, İranla müharibə isə onun strateji maraqlarına daxil deyil.

Eyni zamanda Vaşinqton bəyan edib ki, Oman körfəzində tankerlərə hücumlar bir daha İranın Yaxın Şərq və dünya ölkələri üçün real təhlükə olduğunu nümayiş etdirir.

İran hakimiyyəti Oman Körfəzindəki iki tankerə edilən hücuma görə məsuliyyət daşıyır” - ABŞ-ın BMT-dəki nümayəndə heyətinin başçısı Conatan Kohen belə bir iddia ilə çıxış edib.

ABŞ Dövlət katibi Mayk Pompeo da Oman körfəzində iki neft tankerinə edilən hücuma görə İranı günahlandırıb.

“Hücumda istifadə edilən silaha və peşəkarlığa baxanda, İranın günahkar olduğunu görürük. Bölgədə belə qarışıq hücum təşkil edəcək qaynaq və bacarığa sahib hər hansı bir qrup yoxdur. Bu, İranın ABŞ və ortaqlarına qarşı etdiyi hücumlardan sadəcə, biridir. Bu təxribat beynəlxalq sülh və təhlükəsizliyə təhdiddir”, deyə Pompeo bildirib.

Qeyd edək ki, bəzi məlumatlara görə, gəmilərdə baş verən partlayışlar və yanğının səbəbi torpeda hücumudur. Ancaq bu versiya hələlik rəsmi təsdiqini tapmayıb.

Buna baxmayaraq dünən Pentaqon hətta sübut üçün peykdən çəkilmiş video da yayıb.

Oman körfəzində baş verənləri, ABŞ-İran münasibətlərin və getdikcə iki ölkə arsında qığılcımlanan müharibənin regiona edə biləcək təsirləri ilə bağlı PİA.az Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu ilə müsahibə edib.

Mübariz Əhmədoğlu: “İran və regionda olan hərbi əməliyyatlar arasında bağlılıq var”.

PİA.az Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru ilə olan müsahibəni oxucularının diqqətinə çatdırır:

- Mübariz müəllim Oman körfəzində iki tankerin vurulmasından sonra ABŞ İranı yenidən tankerlərə raketlə hücumda günahlandırıb. Pentaqon hətta sübut üçün peykdən çəkilmiş video da yayıb. İrana qarşı bu ittihamları nə qədər əsaslə hesab edirsiniz?

- Əslində İran və regionda olan hərbi əməliyyatlar arasında bağlılıq var. Yəni ABŞ son sanksiya sərtləşməni ortalığa qoyana qədər İran normal hərbi aktivliklə məşğul idi. Amma ABŞ İrana qarşı sanksiyaları sərtləşdirdikdən sonar İran demək olar ki, hərbi aktivliyini minumuma endirdi. Hizbullah da sakit oldu, Həmas, Suriyada da sakitlik yarandı. Hətta Suriyada Qoland təpələrində Suriya-Rusiya hərbiçiləri təlim keçirdilər və İran həmin təlimdə iştirak etmədi. Eləcə də Yəməndə çox böyük sakitlik yarandı. Hətta Yəməndə husilər Əlhüdedə limanını boşaltdılar.

Bildiyimiz kimi BMT-nin Təhlükəsizlik Şurasının qərarı var ki, Əlhüdedə limanına yüklərin daxil olması üçün oradan hərbiçilər çıxmalı idi. Hərbiçilər deyiləndə də husilər nəzərdə tutulurdu. Husilərin Əlhüdedə limanını tərk etməsini İran alqışladı. Amma bir müddət keçəndən sonra İran güclü aktivliyə başladı. Buna görə də dünən Oman körfəzində baş verənləri şübhəli hesab etmək olar. Yəni bu hücumun İran tərəfindən edilməsi mübahisə doğura bilər.

Mübariz Əhmədoğlu: “İran hal-hazırda ABŞ-a qarşı müqavimət göstərmək üçün regionda özünün hərbi aktivliyini artırıb”.

Onu da qeyd edim ki, həmin bölgədə İranın rolunu heç kəs inkar edə bilməz. Məsələ də ondan ibarətdir ki, husilər yenidən aktivləşiblər. Onlar Səudiyyə Ərəbistanı ərazisində aeroportlara, neft kəmərlərinə hücum edirlər. Yəni bu o deməkdir ki, İran hal-hazırda ABŞ-a qarşı müqavimət göstərmək üçün İran özünün xarticdəki hərbi aktivliyini artırıb. Buna görə də ABŞ-ın İrana qarşı dediyi sözləri təkzib etməyə əsas yoxdur. Əgər İran husiləri aktivləşdirirsə, Suriya ərazisindən İsrailə tərəf atəş açılırsa, indiki halda ehtimal oluna bilinər ki, bu İranın əməlləridir. Çünki bu qüvvələr hamısı İranla bağlı qüvvələrdir.

- Hazırda Oman körfəzində baş verənlər daha çox kimin maraqlarına uyğun görünməkdədir?

- Birinci onu deyim ki, mən yaxın günlərdə müharibə gözləmirəm. Amma hal-hazırda vəziyyəti müharibəyə doğru yetişdiriblər. Yəni indi gedən hərbi aktivliyə İranla ABŞ-ın arasında gedən gizli danışıqlara cavab reaksiyası kimi qiymətləndirirəm. Düşünürəm ki, hal-hazırda ABŞ-la İran arasında gizli danışıqlar gedir.

İranın xarici işlər naziri Cavad Zərif Kaliforniyada amerikalı senatorla görüşdü. Sonra bəlli oldu ki, bu görüşün ssenarisini ABŞ Dövlət Deportamenti hazırlayıb və senatorla görüşü Cavab Zərif, yəni İran tərəfi xahiş edib. Cavab Zərif amerikalı senatorla danışıb fikrini dövriyyəyə buraxan kimi ABŞ-ın mövqeyində müəyyən yumşalmalar baş verdi. İndi də görünən odur ki, ABŞ-la İran gizli danışıqlarda nədəsə razılaşa bilmirlər. Ona görə də bir-birinə qarşı hərbi güc nümayiş etdirirlər. Buna görə də yaranmış vəziyyəti iri müharibəyə doğru hazırlıq kimi qiymətləndirirəm.

Mübariz Əhmədoğlu: “İsraildəki parlament seçkilərindən sonra, əgər gizli danışıqlarda nəticə əldə olunmasa, ABŞ İrana qarşı müharibə edəcək”.

O da nəzərə alınmalıdır ki, ABŞ mümkün qədər çalışacaq ki, aktiv hərbi əməliyyatlara girişməsin. Çünki İsraildə hökümət formalaşmadı və yeni parlament seçkiləri gözlənilir. Görünür İsraildəki parlament seçkilərinin nəticələrinə qədər ABŞ bu qaydada hərbi aktivliyi saxlayacaq. İsraildəki parlament seçkilərindən sonra, əgər gizli danışıqlarda nəticə əldə olunmasa, ABŞ İrana qarşı müharibə edəcək.

Tramp hakimiyyəti İran hökümətinin taleyini həll etməlidir. Tramp hakimiyyəti yəhudilər, İsrail üçün ən yaxın hökumətdir. ABŞ tam əmin olmalıdır ki, İran İsraillə müttəfiqdir və İran heç vaxt İsrailə hücum etməyəcək. Tramp hakimiyyəti bu vəziyyəti almalıdır. ABŞ-ın marağı bu vəziyyəti diplomatik danışıqlarda həll etməkdir. Əgər ABŞ bu vəziyyəti diplomatik yolla ala bilməyəcəksə, demək ki, hökmən müharibə edəcək.

- Bəs regionda müharibə olacaqsa, bunun Azərbaycana hansı təsirləri ola bilər?

- Yaranmış vəziyyət, xüsusən Yaponiyanın baş nazirinin İranın ali rəhbəri ilə görüşündə vasitəçilik məsələsini müzakir etməsi, İranın, ABŞ-ın Yaponiyanın vasitəçilik missiyasına münasibəti, Trampın bəyanatları Azərbaycan üçün şans yaradır. Düşünürəm ki, Azərbaycan İranın ali rəhbəri ilə ABŞ prezidenti Trampın Bakıda görüşü ilə bağlı təşbbüs irəli sürməlidir. Hamıya bəllidir ki, İranın ali rəhbəri İrandan sonra Azərbaycanın və İraqın ərazisinə gələ bilər. Amma İraqda vəziyyət gərgindir, Azərbaycanda isə sakitçilkdir.

Həmçinin də İranın ali lideri üçün ən sabit dövlət Azərbaycandır. Buna görə də İran-ABŞ liderləri Azəbaycanda görüşüb çox məsələləri həll edə bilərlər. Trampla Xameneyi arasında 4-5 raundlu görüş keçirilməlidir. Tramp İranla danışıqlar aparmaq üçün görüşə hazırlaşır. Amma Tramp İrana gəlməz, Xameneyi də ABŞ-a getməz. Buna görə də İranla ABŞ arasında danışıqlar prosesində yaranmış vəziyyət Azərbaycan üçün bir fürsət kimi dəyərləndirilməlidir.

Mübariz Əhmədoğlu: “Bakını dünya çapında olan problemin həlli məkanı kimi tanıda bilərik”.

Mən Bakıda uzun müddət ABŞ-İran səfirlikləri arasında danışıqlar aparmışam. Buna görə də mən ABŞ-ın İranla bağlı məsələlərinin Azərbaycan üzərində həllini tapmasının tərəfdarının olduğuna dəqiq inamım var. Azərbaycan iki liderin görüş təklifini irəli sürməlidir. Mən çalışacam digər mətbuat vasitələri ilə, hökumətdə olan əlaqələrimdən istifadə edib bu mövzunu aktuallıqda saxlayım.

Bakı NATO ilə Rusiya silahliı qüvvələrinin, yəni dünyanın ən böyük hərbi qüvvələrinin müzakirə meydanı idi. İndi biz Bakını dünya çapında olan problemin həlli məkanı kimi tanıda bilərik. Sadəcə olaraq məsələnin lazımi qaydada işləməsi lazımdır. Əminəm ki, ABŞ bu görüşə dərhal razılıq verəcək və Xameneyi də razılıq verə bilər.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Müharibə başlayandan bəri Belqorod vilayətində 120 nəfər ölüb

Xüsusi zolaqların çoxalması velosiped alanların sayını artırdı - Video

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Ən çox oxunanalar