Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dövlətə xəyanətdə ittiham olunan baş redaktorun həbsinin təfərrüatları

DTX-nın sərhəddə şok əməliyyatı

Polad Aslanov ölkəni tərk edərkən Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb; bu ilin aprelində hərbi xidmətini başa vuran sayt rəhbəri hazırda adları açıqlanmayan jurnalistləri xarici ölkə ərazisində xüsusi xidmət orqanı əməkdaşları ilə tanış edib.

Dövlət Təhlükəsizlik Xidmətində aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində 1989-cu il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, “xeberman.com” və “press-az.com” informasiya saytlarının təsisçisi və baş redaktoru Aslanov Polad İsrayıl oğlu dövlətə xəyanət cinayət əməllərinə görə şübhəli şəxs qismində saxlanılıb.

Dövlət Təhlükəsizliyi Xidmətindən Musavat.com-a verilən məlumata görə, müəyyən edilib ki, Polad Aslanov xarici xüsusi xidmət orqanlarının əməkdaşları ilə respublikadan kənarda məxfi görüşlər keçirib, aldığı pul vəsaitinə dair qəbzləri imzalayıb müntəzəm pul vəsaitləri ödənilməsi şərti ilə maddi maraq müqabilində məxfi əməkdaşlığa cəlb edilib.

O, xarici xüsusi xidmət orqanlarının əməkdaşlarından aldığı tapşırıqlar əsasında Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq istifadə etmək üçün topladığı məlumatları həmin orqanlara ötürüb, onların tapşırığı ilə mətbuatda, sosial şəbəkələrdə dövlət əleyhinə, hüquq mühafizə orqanlarının qanuni fəaliyyətini nüfuzdan salmağa yönələn yazılar yayımlamağa razılaşıb.

Polad Aslanov adları istintaq sirri kimi hazırda açıqlanmayan jurnalistləri gələcək əməkdaşlıq imkanları üzrə xarici ölkə ərazisində həmin xüsusi xidmət orqanı əməkdaşları ilə tanış edib.

İstintaq zamanı Polad Aslanovun Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi maraqlarına zidd olaraq xarici xüsusi xidmət orqanı nümayəndələri ilə əməkdaşlığına dair çoxsaylı materiallar əldə edilib, Polad Aslanov törətdiyi cinayət əməlləri barədə ətraflı məlumatlar verib.

Polad Aslanov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə məsuliyyətə cəlb edilib. Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Polad Aslanov

“Yeni Müsavat”ın əldə etdiyi məlumata görə, Polad Aslanov Tovuzda anadan olub. Dini çevrələrdə tanınıb. Bu ilin aprel ayında hərbi xidmətini başa vurub. P.Aslanovun həbsinə gəlincə, bildirilir ki, o və xanımı iyunun 12-də İranla sərhəddə tutulub və Bakıya gətirilib. Onun İrana nə məqsədlə getmək istədiyi bilinmir. Rəhbərlik etdiyi saytlara gəlincə, hansısa dövlətin xüsusi təbliğatı nəzərə çarpmayıb. Amma xüsusilə press-az.com saytında İranla bağlı yazılara üstünlük verildiyini, ABŞ-ın regionda gərginliyi artırdığı barədə xəbərlər dərc olunduğunu demək olar.

Qeyd edək ki, bu ilin fevralında da DTX analoji əməliyyat keçirərək dövlətə xəyanət edən şəxsi yaxalamışdı. Yayılan rəsmi məlumatda bildirilirdi ki, Mingəçevir şəhər sakini Ələkbərov Anar Vaqif oğlu dövlətə xəyanət cinayətində şübhəli şəxs qismində saxlanılıb.

Müəyyən olunub ki, Anar Ələkbərov 2016-cı ilin mart ayında xarici ölkə ərazisində xarici xüsusi xidmət orqanları nümayəndələri tərəfindən maddi maraq müqabilində məxfi əməkdaşlığa cəlb edilib. Həmin şəxslər A.Ələkbərova xaricdə ticarət əlaqələri olan bəzi Azərbaycan Respublikası vətəndaşları barədə məlumat toplayıb, onları müxtəlif işgüzar münasibətlər zəminində xarici xüsusi xidmət orqanlarının əlaqəsinə cəlb etmək, Azərbaycan xüsusi xidmət orqanlarının əməkdaşları və Azərbaycanda fəaliyyət göstərən konkret ölkələrin səfirliklərinin nümayəndələri, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsi haqqında məlumat toplamaq barədə tapşırıqlar verib. A.Ələkbərov ötən müddət ərzində bu tapşırıqların yerinə yetirilməsi istiqamətində konkret işlər görüb.

Ötən ilin dekabrında isə vaxtilə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin iki əməkdaşı dövlət təhlükəsizliyi və milli maraqları zərərinə fəaliyyət göstərərək tutduğu vəzifələrə görə ona məlum olan, habelə əldə edə bildiyi əks-kəşfiyyat fəaliyyəti üzrə sənədlər, şəxsi heyət barədə və digər məxfi məlumatları müntəzəm xarici xüsusi xidmət orqanına təqdim etməklə dövlətə xəyanət ediblər.

Məlumdur ki, Azərbaycan həssas regionda yerləşir. Ölkəmiz ətraf dövlətlərlə münasibətlərini qonşuluq prinsipləri əsasında qurub və bu siyasətə sadiqdir. Ancaq ABŞ-ın regionun iki dövlətinə, xüsusilə İrana qarşı sanksiyaları sərtləşdirməsi mənzərəni kifayət qədər qəlizləşdirib. Bu səbəbdən Azərbaycan hüquq-mühafizə orqanlarının həssaslığı digər ölkələrə qarşı yönəlməyib və dövlətin təhlükəsizliyi üçün tədbirlər hesab olunmalıdır.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar