Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Vergi-gömrük sahəsi ölkənin xroniki xəstəliyidir” – Ekspert

Azərbaycanda fəaliyyət göstərən Avropa İttifaqı şirkətləri Azərbaycanda biznes üçün riskləri açıqlayıb

Rəyi soruşulanların 68%-i bazarın qeyri- müəyyən istiqamətdə inkişafını, 61%-i bürokratiyanı, 57%-i korrupsiyanı, 53%-i ixtisaslı kadr çatışmazlığını, 46%-i isə inflyasiyanı risk kimi göstəriblər.

Bunu iqtisadçı ekspert Natiq Cəfərli deyib. O, bildirib ki, tək cavab seçmək şərti ilə rəyi soruşulan şirkətlərin 17%-i vergi sistemində şəffaflığın artırılmasını, 16%-i gömrük sistemində şəffaflığın artırılmasını, 13%-i təhsil sisteminin onların tələblərinə uyğunlaşdırılmasını, 13%-i hüquq sistemində şəffaflığın təmin edilməsini, 11%-i isə maliyyə sektorunda şəffaflığın və sabitliyin gücləndirilməsini istəyiblər.

“Bazarın qeyri müəyyən istiqamətdə inkişafı deyəndə AB şirkətləri üstüörtülü şəkildə qeyd ediblər ki, bu məmləkətdə hər şey - o cümlədən onların biznes layihələri neftin qiymətindən asılıdır. Neft baha olan kimi dövlət xərcləri artır, onların da gəlirləri yüksəlir, qiymət düşsə onlar da batırlar.

Bürokratiya və korrursiya - sistem problemidir, birbaşa idarəetməyə bağlıdır.

Kadr çatışmamazlığı - təhsil sistemi zəifdir deməkdir, amma bu təhsilin problemi deyil. Yaxşı kadr = azad və rəqabətli iqtisadiyyat - bu formul ölkədə işləmir deyə təhsil zaydı.

Vergi-gömrük sahəsi ölkənin xroniki xəstəliyidir və əsas səbəb yenə idarəetmə sistemi və hökumətin hər iki sahənin fəlsəfəsini, missiyasını anlamamasından irəli gəlir.

Hüquq sistemi deyəndə tifillər fəryad edir ki, ölkədə ədalətli məhkəmə yoxdur, halbuki hələ onlara yönəlik ölkədə bir az mədəni davranırlar.

Qısası, AB şirkətləri də deyir ki, sistem dəyişməlidir ki, ölkə müsbətə doğru dəyişsin”.(yeni sabah)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Ən çox oxunanalar