Cümə axşamı, 20 İyun 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Çavuşoğlu: “Heç kim Türkiyəyə ultimatum verə bilməz”

''ABŞ-ın Türkiyəyə göndərdiyi məktubun üslubunu qəbul etmirik. Heç kim Türkiyəyə ultimatum verə bilməz”

APA-nın Türkiyə bürosunun xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu fransalı həmkarı ilə görüşdən sonra keçirdiyi brifinqdə deyib.

O vurğulayıb ki, Türkiyə Rusiyadan “S-400” raket sistemini alıb.

“Dövlət başçımız bildirdi, “S-400”lər Türkiyəyə gələcək. Türkiyə belə məktublarla qərarlarından vaz keçməz. Qısa müddətdə müdafiə nazirimiz cavab məktubu yolllayacaq”, - deyə o əlavə edib.

Qeyd edək ki, ABŞ tərəfinin göndərdiyi məktubda Rusiyadan “S-400” Zenit raket komleksini alacağı təqdirdə Türkiyənin “F-35” layihəsindən kənarlaşdırılacağı, iqtisadi cəhətdən itkilər verəcəyi vurğulanıb.

pia.az


loading...