Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Rusiya Ermənistana qarşı hibrid savaşı açıb”

Paşinyan və erməni politolqolar “qaralar”ın qisasndan əndişəyə düşüblər

ru.1-in.am (Ermənistan), 13.06.2019

Paşinyan bu günlərdə hökumətin yığıncağı vaxtı bildirib ki, bəzi güclər Ermənistana qarşı hibrid savaş aparırlar. Baş nazir Nikol Paşinyan deyib: “Ölkədə hərc-mərclik durumu yaratmaq istəyən adamlar var və bacarmadıqlarından sosial şəbəkələrdə, mətbuatda yazmaq qərarına gəlirlər ki, hərc-mərclik vəziyyəti, daxili-siyasi qarışıqlıq və təhlükəli durum yaransın. Bu, artıq, doğrudan da, milli təhlükəsizlik məsələsidir, cənab Vanetsyan. Yəni bu adamlar Ermənistana qarşı hibrid savaşı konkret aparırlar və bu adamların adı və soyadı çox konkret bəllidir. Aydındır – bir, iki, üç, dörd… yəni bu oğru quldurlar özlərini bu ölkədə yaxşı hiss etməlidirlər? Amma onlar səkilərin altında gizlincə dolaşmalıdırlar, ümumiyyətlə, onlar kimdirlər? Bu məsələ ilə ciddi məşğul olun”.

Politoloq Arkadi Vardanyan hesab edir ki, baş nazirin əndişəsi tamamilə yerindədir. Vardanyan 1-in. am-la söhbətdə xüsusən qeyd edib: “Mən onların kim olduqlarını və qaynağı da bilirəm.

Bu haqda dəfələrlə danışmışam və vurğulamışam – qaynaq Rusiyadır. Və Rusiya təkcə bizə qarşı deyil, Avropa yolunu seçən, yəni demokratiyaya gedən bütün keçmiş sovet respublikalarına qarşı da hibrid savaş aparır. Əlbəttə, bu, Rusiyaya əl vermir və müxtəlif ərazilərdə, son zamanlar isə bizdə də qabarıq şəkildə bu savaşa hər cür təşəbbüs edir”.

Arkadi Vardanyan bizim “Bəs Ermənistanda buna kim xidmət edir?” qeydmizə cavab verib: “Bunlar satılmış adamlar, habelə keçmiş cinayətkar hakimiyyətin törəmələri və əlaltılarıdır. Zaman keçdikcə təhlükə güclənir, mən görürəm ki, hərc-mərclik durumu yaratmağa cəhd edərək inqilabi hökumətin ölkəyə başçılıq etmək durumunda olmadığını göstərmək üçün getdikcə daha çox səy göstərilir”.

Arkadi Vardanyan Koçaryanın Apellyasiya Məhkəməsindəki işi üzrə məhkəmə iclaslarını da yada salıb. O deyib: “Boğazlarını yırtaraq “Koçaryan, qayıt, bizi xilas elə” və bu ruhda bağıran adamlar var idi. Bu, hibrid savaşın bəlirtilərindən biridir”.

O, yekun vurub: “Təkrar etməkdən yorulmuram ki, inqilabi hökumətin ən böyük səhvi bu idi ki, keçmiş rejimə siyasi qiymət verilmədi. Bu qiymət bütün dünyanın gözü qabağında verilməyincə ictimaiyyətimiz əmin olmayacaq ki, yeni hakimiyyət aydın addımlarla demokratiyaya gedir. Bu qiymət verilməyincə qalan hər şey mənasız və məntiqsiz olur”.

Politoloq Robert Gevondyanın fikrincə, söhbət xarici güclərdən gedirsə, onda düşmənlərimiz var – belə savaş törətmək üçün hər hansı təsadüfü əldən buraxmayan Türkiyə və Azərbaycan. O, 1-in.am-la söhbətdə deyib: “Bizim öz maraqları olan müttəfiq dostlarımız da var və onlar öz maraqlarına uyğun hərəkət edirlər. Daxili siyasi meydana üz tutsaq, müxaliflər, özəlliklə Koçaryanın qüvvəsi və ERP-nin keçmiş üzvləri bir qütb toplamağa və düzəltməyə çalışırlar”.

Gevondyan vurğulayıb ki, təbii, hakimiyyətin nüfuzu bir müddətdən sonra düşəcək və bu güclər yeganə alternativ olmağa cəhd edirlər. O deyib: “Bu halda hakimiyyətin vəzifəsi hibrid savaş prosesi zamanı hakimiyyətin ötürüldüyü anda alterantiv olacaq müxalif güclərin müxtəlif qütblər qurmaqla bir yerə toplaşmasına imkan verməməkdən ibarətdir”.

Onun müşahidəsinə görə, daxili-siyasi mübarizə prosesi gedir, bu da normal sayılır, amma elə etməyə çalışmaq gərəkdir ki, hər şey siyasi mübarizə qaydası çərçivəsində baş versin.

O yekunlaşdırıb: “Bizdə siyasi meydan təzəcə formalaşdığından son dərəcə ayıq olmaq gərəkdir. Sivil mübarizə üsulu əvvəllər olmayıb, bütün qaydalara keçmiş rejim qərar verirdi. Konkret qeyd edim ki, Abovyanda ÇEP-dən namizəd qalib gəldi, respublikaçılar və koçaryançılar bunu öz qələbələri, yəni qaraların (şahmat fiqurları-tərc.) qələbəsi kimi təqdim etməyə çalışdılar. Onların hədəfi ölkəni iki rəngə bölmək idi, alternativ rəng isə onlar olsun, hakimiyyətin ötürüldüyü vaxt yeganə alterantiv olsunlar deyə. Ağların yeganə hədəfi isə budur ki, siyasi meydan heç bir halda ikiqütblü deyil, müxtəlif qütblü olsun”.(Tərcümə Strateq.az)

pia.az

 


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ən çox oxunanalar