Cümə axşamı, 20 İyun 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Bizə isə susub baxmaqmı düşür, cənablar?

Nə demək doğulduğun şəhərə tüpürüb getmək arzusuyla “yevropeyski çuşka” olmaq?..

Ziya Mehti yazır...

Müstəqilliyiin uşaqları çox danışmayıb, bizlər sözümüzü heç özümüzə də deyə bilməmişik. Yəqin ki, “cins dövrünün uşaqlarından” sonra bizim danışmağa sözümüzün olmayacağı düşünülüb. Bürokratiya ilə pozulmuş işçi dövlətindən sonra “ağ günə” çıxan, müharibənin, meşşanlıq məngənəsinin acı-ağrı vaxtında şəhərdə hələ kimə “çuşka” demək lazım olduğunu düşünən o gənclər indinin ağzı söz tutan, əlində qələm sistemi döndürən gücləridir, hə bir də unutmadan günümüzün anaları və atalarıdır.

Yaxşı yadıma düşür, məktəbimizin birinci mərtəbəsində kor bitən bir koridor vardı, oranı şəhidlər guşəsi eləmişdilər. İbtidai sinifi bitirənə qədər bizi ora aparırdılar, ara-bir qərənfil də alıb o guşəyə hörmət əlaməti olaraq qoyurduq. Hamımız inanclı idik, müstəqillik uşaqları nifrətlə dolu, gözü kor böyüyürdü, amma elə-belə yox əlində bir bayraq, bir də torpaq qaldırırdı. Müstəqillik uşaqları böyüdükcə, sındırılırdı və başa salınırdı ki, əlindəkini yerə qoy. Bizim kimi ol, işləmədən pul qazanan qonşun kimi, hamının təriflədiyi əlinin altındakı yüz işçinin haqqını birdən yeyən qohumun kimi ol, daha doğrusu, oğurla, cibinə doldur və ağıllı ol.

Bugünlərdə məndən cavan və ya həmyaşıdlarımın şəhid olduğunu görəndə o guşə yadımdan getmir, doğurdan da, bəziləri o qərənfili əlindən buraxa bilmədi və günbəgün müstəqillik uşaqlarının tabutlarını sıraya düzülür. Hələ bizim nə yaşımız var ki? Ən böyüyümüzün lap olsun 26-27 yaşı, lap da 30 yaşı. Sözünü deməyən bir adam üçün 30 il qarışqa yaşıdır, travmalarla, yoxluqla böyüyən bir uşaq üçün isə evsiz, işsiz ədalət axtarışında sürünməkdi.

Nə demək universitet müəllimlərinin artıq əti olmaq, nə deməkdir ki, universitetlərdə kostyumlu balaca “deputat”lar yetişdirmək? Nə demək haramzadələrin haram oğlu kimi bir ailənin aylıq dolanışığını bir forsaja “yandırmaq”? Nə demək “bir təhər yola ver, tapşırarıq düzələr”? Nə demək doğulduğun şəhərə tüpürüb getmək arzusuyla “yevropeyski çuşka” olmaq?..

Atalar, əmilər, dayılar, bütün gücü əlinə alıb evdə “arvad”ını, çöldə cəmiyyəti idarə edənlər, olarmı biz də danışaq? Yoxsa elə Azər Cırttanın dediyi kimi bizə elə ancaq susub baxmaq düşür, “cənab”lar?

Ziya MEHTİ
pia.az


loading...