“ARB Media Qrup” bu barədə xüsusi açıqlama yayıb
Ölkədəki rusdilli insanlara qarşı sosial şəbəkədə status yazan ARB TV-nin bölgə müxbiri vəzifəsindən çıxarılıb.
Açıqlamada deyilir:
“ARB Media Qrup”un rəhbərliyi ARB TV-nin bölgə müxbiri Əlibəy Zeynallının “facebook” sosial şəbəkəsində yazdığı fikirlərinə təəssüflə yanaşır və bunun həm vətəndaşlıq, həm də professional nöqteyi nəzərindən yol verilməz olduğunu düşünür. Telekanal tərəfindən adıçəkilən müxbirin işinə xitam verilməsi barədə iş yerinə məlumat göndərilib”.
pia.az