Çərşənbə, 27 May 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Bina tikintisinə dair yeni tələb müəyyənləşib

Dövlət Tikinti Normalarında dəyişiklik edilib

Fövqəladə Hallar Nazirliyi AzDTN 1.6-2* “Tikintinin təşkili” Azərbaycan Respublikasının Dövlət Tikinti Normaları”nda dəyişiklik edib.

AzDTN 1.6-2 “Tikintinin təşkili” Azərbaycan Respublikasının dövlət tikinti normaları (AzDTN) müvafiq qaydada verilmiş tikintiyə icazə əsasında yeni bina və qurğuların inşasına, mövcud tikinti obyektlərinin yenidən qurulmasına və sökülməsinə, eləcə də ərazilərin abadlaşdırılmasına və mühəndis hazırlığına şamil olunur.

Qüvvədə olan normalara əsasən, podratçı (baş podratçı) tikinti işlərinə başlamazdan əvvəl tikinti meydançasını və təhlükəli iş zonalarını hasara almalı və müvafiq xəbərdarlıq nişanları quraşdırılmalıdır. Hasarlar tikinti işlərinin aparılması zamanı tikinti materiallarının və məmulatının tikinti meydançasından kənara düşməsinin qarşısını ala bilməli və işıqlandırılmalıdır. Tikinti işlərinə başlamazdan əvvəl tikinti ərazisinin görünən hissəsində məlumat lövhəsinin yerləşdirilməsi sifarişçi tərəfindən təmin edilməlidir. Dəyişiklik məlumat lövhəsində yerləşdirilməli olan məlumatlarla bağlıdır. Dəyişikliyə əsasən, bundan sonra məlumat lövhəsində tikintiyə icazənin surəti də yerləşdirilməlidir.

Dəyişiklik iyunun 11-dən qüvvəyə minib.

Beləliklə, bundan sonra məlumat lövhəsində aşağıdakılar nəzərdə tutulmalıdır:

- tikintiyə icazə vermiş orqan (qurum) haqqında məlumat;

- obyektin təyinatı, sifarişçisi, layihəçisi və podratçısı haqqında məlumat;

- tikintiyə başlanılması və tikintinin başa çatması ilə bağlı müddətlər haqqında məlumat;

- obyektin mərtəbə sayı, qabariti və görünüşü;

- tikintiyə icazənin, habelə Məcəllənin 75.11-ci maddəsinə uyğun olaraq xüsusi nişan verildiyi halda həmin nişanın surəti.

Podratçının (baş podratçının) adı və tikinti meydançasından kənarda yerləşən inventar hasarlama lövhələrində, iri qabaritli təchizat elementlərində, kabel barabanlarında və digər yerlərdə də göstərilir.(APA)

pia.az

 

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Kəmaləddin Heydərovun atasına müraciət edildi: "Bayram günlərində oğlunuzu görsəniz..."

Nazir mühafizəçisini işdən çıxardı - Səbəb

Deputatın vitse-prezident olduğu şirkətdə yüzlərlə vətəndaş işsiz qaldı

Avropa Məhkəməsi Ramil Səfərovla bağlı qərar verdi

Sumqayıtda baş verən qəzada 4 hərbçi, bir mülki şəxs ölüb - Yenilənib

Sabiq deputatdan : “Məlahət Abbasova yalnız bir tualet kağızının reklamına çəkilib...”

Borcunu vermək istəməyən abonent "Azərişıq" -ın əməkdaşlarını güllələdi - Yenilənib

Məlahət Abbasova: "AzTV-də mənə böhtan atdılar, Rövşən Məmmədov verilişimin davam etməsi üçün pul istədi"

Azərbaycanda it itə yedizdirilib, hadisə araşdırılır - Yenilənib,Fotolar,Video

Elmar Məmmədyarovun oğlu Nyu-Yorkda bu binadan mənzillər alıb – Fotolar

Sabiq deputatın "dələduz" qızı Türkiyədə tutuldu - Video

loading...

Ən çox oxunanalar