Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

YAP İdarə Heyətinin iclası keçirilib

Bu barədə YAP-dan məlumat verilib

İclasda Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin rayon və şəhər təşkilatlarının konfransları barədə, eləcə də partiyanın İcra Katibliyi və rayon təşkilatlarının aparatında çalışan məsul işçilərin attestasiyaları barədə məlumat dinlənilib.

Qeyd edilmişdir ki, Yeni Azərbaycan Partiyasının gəncləri cəmiyyətin fəal təbəqəsi kimi özlərini təsdiqləyib. Partiya sıralarında birləşmiş gənclərimiz yüksək vətəndaş mövqeyi, ictimai-siyasi proseslərdə fəallıq və yüksək vətənpərvərlik nümayiş etdirirlər. YAP gənclərinin xarakterini vurğulayarkən vətənpərvərlik, fəallıq, ictimai-siyasi proseslərdə iştirakçılıq xüsusi qeyd olunmalıdır. Eyni zamanda, Heydər Əliyev ideyalarına sədaqət, dövlətə və dövlətçiliyə bağlılıq, Prezident İlham Əliyevin siyasətini birmənalı şəkildə dəstəkləmək gənclərimizin əsas xarakterik keyfiyyətləri sırasındadır.

Nəzərə çatdırılıb ki, YAP-ın cəmiyyətdə rolunun artması fonunda partiyanın gənclərinin də rolunun artması sevindirici haldır. Partiyanın sıralarında gənclərin sayının artması isə özlüyündə YAP-ın təkcə bu günü ilə deyil, gələcəyi ilə bağlı da böyük perspektivlərə malik olduğunu ifadə edir. Getdikcə daha çox sayda Azərbaycanın fəal, vətənpərvər gəncləri öz siyasi talelərini Yeni Azərbaycan Partiyası ilə bağlayır, Prezident İlham Əliyevin siyasətinə münasibətlərini bu formada ifadə edirlər.

İclasda qeyd olunub ki, Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin rayon və şəhər təşkilatlarının konfransları yüksək səviyyədə təşkil edilib. Konfransların ümumi mənzərəsi bir daha təsdiq edir ki, gənclər Prezident İlham Əliyevin davam etdirdiyi siyasi kursu və bu gün ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən islahatları birmənalı olaraq dəstəkləyir, bu işdə öz bilik və bacarıqlarını töhvə etməyə hər an hazırdırlar.

İdarə Heyətinin iclasındə YAP-ın İcra Katibliyi, o cümlədən partiyanın rayon və şəhər təşkilatlarının aparat işçilərinin attestasiyasının nəticələri yüksək qiymətləndirilib.

İclasda həmçinin, bir sıra cari məsələlər müzakirə edilib və müvafiq qərar qəbul edilib.(report)

pia.az


Etiket: YAP iclas

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Qadınların kişi seçəndə etdiyi səhvlər: İlk 3

Ən çox oxunanalar