Çərşənbə axşamı, 25 İyun 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Üçtərəfli hərbi əməkdaşlıq – Bu əməkdaşlıqdan Gürcüstan necə yararlanmağa çalışır?

Gürcüstan Türkiyəni itirmək istəmir?

Hərbi ekspert: “Bu cür görüşlər həm əməkdaşlığımızın genişləndirilməsi baxımından, həm də mövcud problemlərin və regional təhdidlərin müzakirəsi baxımından vacibdir”.

“Gürcüstan yaxşı anlayır ki, Azərbaycanla münasibətlərin pozulması Türkiyə ilə problemlərə səbəb ola bilər”.

Bu sözləri ehtiyatda olan zabit, hərbi ekspert Ədalət Verdiyev Qəbələdə keçirilən Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşünü PİA.az-a şərh edərkən qeyd edib.

Bu gün Qəbələ şəhərində Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikasınıni müdafiə naziri Hulusi Akar və Gürcüstanın müdafiə naziri Levan İzoriya arasında üçtərəfli görüş keçirilir.

Görüşdən öncə nazirlər Qəbələ şəhərində Şəhidlər xiyabanına gəlib, “Əbədi məşəl” abidəsinin önünə və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman vətən övladlarının məzarları üzərinə gül dəstələri qoyublar.

Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsi də ehtiramla yad edilib, abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb. Sonra nazirlər Heydər Əliyev Konqres Mərkəzinə gəliblər. Görüşdə üçtərəfli formatda əməkdaşlığın inkişaf etdirilməsi, regional layihələrin təhlükəsizliyinin təmin olunması və bir sıra digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Azərbaycan-Gürcüstan-Türkiyə hərbi əməkdaşlığı regiona nə vəd edir? Xüsusən Gürcüstanın bu hərbi əməkdaşlıqda iştirakı barədə nə demək olar və məlum Azərbaycan-Ermənistan münasibətləri fonunda Gürcüstan bu hərbi əməkdaşlıqdan necə yararlanmağa çalışır?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı ehtiyatda olan zabit, hərbi ekspert Ədalət Verdiyevə müraciət edib.

Ədalət Verdiyev: “Gürcüstanın bu hərbi əməkdaşlıqda iştirakı etməsi dolayısı ilə yol verdiyi yanlışlardan imtina etdiyini və üçtərəfli əməkdaşlığa maraqlı olduğunu nümayiş etdirir”.

Gürcüstan-Azərbaycan arasında son zamanlar bəzi fikir ayrılıqları tarixən qonşu və tərəfdaş olan ölkələrin vətəndaşları tərəfindən də rahat həzm edilmədiyini düşünən hərbi ekspert bildirib ki, hər iki dövlətin dolayısı ilə eyni təhdidlərlə qarşı-qarşıya qaldığı bir vəziyyətdə öz aralarında konfrontasiyaya getməsi, bir tərəfdən Rusiyanın, digər tərəfdən isə Ermənistanın maraqlarına uyğundur:

“Üçtərəfli görüş başlamadan Qəbələ şəhərində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov əvvəlcə ölkəmizdə səfərdə olan Gürcüstanın Müdafiə naziri cənab Levan İzoriya ilə görüşüb. Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə Azərbaycan-Gürcüstan hərbi əməkdaşlığının regional iqtisadi layihələrin təhlükəsizliyinin təmin edilməsi, ikitərəfli, NATO-nun keçirdiyi proqramlar çərçivəsində və digər sahələrdəki əməkdaşlığın fəaliyyət sahələrinin genişləndirilməsi qərara alınıb. Görüşdə 2019-cu il üçün hərbi sahədə əməkdaşlıq planı imzalanıb. Bu isə yüksək əhəmiyyətli sənəddir.

Ölkələr arasında son zamanlar bəzi fikir ayrılıqları tarixən qonşu və tərəfdaş olan ölkələrin vətəndaşları tərəfindən də rahat həzm edilmədi. Hər iki dövlətin dolayısı ilə eyni təhdidlərlə qarşı-qarşıya qaldığı bir vəziyyətdə öz aralarında konfrontasiyaya getməsi, bir tərəfdən Rusiyanın, digər tərəfdən isə Ermənistanın maraqlarına uyğundur. Gürcüstan tərəfi də bunu artıq yaxşı anlayır və düşünürəm ki, bu məsələlərin həlli məhz görüşlər və danışıqlar vasitəsilə həyata keçirilməlidir.

Ədalət Verdiyev: “Üç tərəfli görüş regionda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət edir”.

Hazırda Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikası Milli Müdafiə naziri Hulusi Akar və Gürcüstanın Müdafiə naziri Levan İzoria arasında üçtərəfli görüş başlayıb. Görüşdə nazirlər üçtərəfli formatda əməkdaşlığın inkişaf perspektivləri, regional layihələrin təhlükəsizliyinin təmin edilməsi və bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparır.

Bu cür görüşlər həm əməkdaşlığımızın genişləndirilməsi baxımından, həm də mövcud problemlərin və regional təhdidlərin müzakirəsi baxımından vacibdir. Həmçinin üçtərəfli görüş regionda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət edir.

Gürcüstan da yaxşı anlayır ki, Azərbaycanla münasibətlərin pozulması Türkiyə ilə problemlərə səbəb ola bilər. Bu hərbi əməkdaşlıqda iştirakı etməklə Gürcüstan dolayısı ilə yol verdiyi yalnışlıqlardan imtina etdiyini və üçtərəfli əməkdaşlıqda maraqlı olduğunu nümayiş etdirir”.

Nərminə UMUDLU
pia.az

 


Şərh yazın.

loading...