Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazirlikdə nə baş verir? – Sensasion manipulyasiya

“Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində nəsə qeyri-müəyyən proseslər gedir”

Bunu texnologiya üzrə mütəxəsis Osman Gündüz deyib. O, bildirib ki, bu gün Nazirlik rəsmisi Delta Telekom-un bir ay bundan öncəki qiymət endiriminin real olmadığını bildirib.

“Deltanın 70%-lik endiriminə Nazilriyin heç bir reaksiya vermədiyi ilə bağlı mənim tərəfimdən olan açıqlamaların da ədalətli olmadığını qeyd ediblər.

Düzü, hamının qiymət endirimi gözlədiyi bir zamanda, buna özüm də təəcübləndim. Və dərhal Delta Telekom-un Provayderlərə 70% endirimlə bağlı rəsmi açıqlamasını tapdım. İndi də saytlarında durur.

Həm də aydınlaşdırdım ki, bu qurum tərəfindən hətta Nazir müavininə də endirimlə bağlı paketlər təqdim edilib”.

O. Gündüz deyir ki, nazirliyin isə dünənki açıqlamasında tamam fərqli mesajlar verilib: “Belə olan halda anlamıram ki bu dövlət qurumunda nə baş verir. Kimlərdir məlumatları Nazirdən gizlədən və ya manipulyasiya edən?

Hazırda real vəziyyət belədir: Biznes sektoru qiyməti endirmək, bazarı liberallaşdırmaq istəyir. Bununla bağlı rəsmi mövqe ortaya qoyub.

Bazarın 50%-ə nəzarət edən dövlət provayderlərinin tabe olduğu dövlət qurumu və eyni zamanda tənzimləyici qurum olan NRYTN isə, görünən odur ki, hələlik buna qarşıdır”.(yeni sabah)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Ən çox oxunanalar