Şənbə, 25 Yanvar 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Rusiya Arktikada güclənib

Belə bir açıqlamanı alyansın mətbuat xidməti dərc edib

NATO-nun baş katibi Yens Stoltenberq İslandiyada keçirilmiş mətbuat konfransında çıxışı zamanı Arktika bölgəsində Rusiyanın hərbi potensialının gücləndiyini açıqlayıb.

APA “Life”a istinadən xəbər verir ki, belə bir açıqlamanı alyansın mətbuat xidməti dərc edib.

“Biz çalışmalıyıq ki, Uzaq Şimalda gərginliyin aşağı səviyyədə saxlanılması sahəsində işlərimizi davam edək. Buna baxmayaraq, burada çoxlu hərbi gücün iştirakını, xüsusilə də Rusiyanın hərbi potensialının artdığını görürük”, – deyə baş katib bildirib.
Qeyd edək ki, bir müddət əvvəl İslandiya XİN yaydığı açıqlamada Arktika bölgəsində Rusiyanın hərbi potensialının artmasının suallar doğurduğunu bildirmişdi.

Rəsmi Vaşinqton da Rusiyanın bu bölgədə iştirakından çox narahatdır. ABŞ prezidentinin köməkçisi Con Bolton bununla bağlı Rusiya tərəfinə çağırış da edib.

pia.az

Hostimul.com
Paylaşılan hostinq, fiziki server, VPS və ya reseller hostinqa ehtiyacınız olarsa, təklif etdiyimiz hostinq xidmətləri ilə nəinki layihənizə uyğun bir hostinq məhsulu seçib, həm də veb-saytınızı lazımi qorunma ilə təmin edə bilərsiniz. Ətraflı məlumat üçün daxil olun: https://hostimul.com/az/hosting-azerbaycan/

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.


loading...

Ən çox oxunanalar