Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın ən effektsiz işləyən bankları məlum oldu

Azərbaycanda bank sektorunun ən çox “axsayan” sahələrdən biri olduğu hər kəsə yaxşı məlumdur

Dünyada az qala tayı-bərabəri olmayan qədər yüksək faizlərlə kredit verən və əksəriyyəti ayrı-ayrı məmur-oliqarxlara aid olan bankların rəsmi maliyyə hesabatlarına nəzər yetirdikdə, onların əhəmiyyətli hissəsinin ya ziyanla, ya da cüzi gəlirlə işlədiyi məlum olur.

Bu cür yüksək faizlər qarşısında bankların bir qisminin zərərlə işləməsi əlbəttə ki, “möcüzədir” və bunun gerçək səbəblərini həmin bankların sahibləri daha yaxşı bilir…

Ölkədə fəaliyyət göstərən 30 bank bu ilin I rübünü cəmi 123,9 milyon manat xalis mənfəətlə başa vurub. Bu isə onların bu il aprelin 1-nə malik olduqları 4 milyard 638 milyon 586 min manat məbləğində nizamnamə kapitalının cəmi 2,7%-i qədərdir.

Ayrı-ayrı banklarda sözügedən nisbət fərqlidir. “Renkinq.az”-ın təqdim etdiyi cədvələ baxdıqda görünür ki, 1-ci rübdən mənfəətlə çıxmış 21 bank arasında nizamnamə kapitalından ən yaxşı istifadə edəni “Kapital Bank” ASC olub. Bu bankın əldə etdiyi mənfəət kapitalının 21,1%-ni təşkil edib. Baxmayaraq ki, “Kapital Bank” kapitalının məbləğinə görə, Azərbaycanda 6-cı bankdır.

Fəaliyyət effektivliyinə görə, 2-ci yeri “PAŞA Bank” ASC tutub. Bank ötən rüb nizamnamə kapitalının 10,7%-i qədər mənfəət əldə edib. Xatırladaq ki, “PAŞA Bank” kapitalının məbləğinə görə, 30 bank arasında ölkədə 3-cüdür.

Mənfəətinin kapitalına nisbətinə görə 3-cü yerə isə 10,5%-lik göstərici ilə “Azərbaycan Beynəlxalq Bankı” ASC sahib olub. Baxmayaraq ki, bu bank nizamnamə kapitalının məbləğinə görə, ölkədə liderdir.

Mənfəətlə işləyən qalan 18 bankdan 8-də sözügedən göstərici 1-10% arasında, 2 bankda 1%, 8 bankda isə 0-1% arasında dəyişir.

Bu göstərici üzrə ən bərbad vəziyyət isə “Accesbank” və “Bank of Baku”da müşahidə olunub. Bu banklar ən effektsiz banklar sayıla bilər, çünki onların fəaliyyət effektivliyi göstəricisi müvafiq olaraq, 28.8 faiz “Acces bank”da və 14.7 faiz “Bank of Baku”da təşkil edib. Bu o deməkdir ki, sözügedən banklar nizamnamə kapitalından ən pis istifadə edən banklardır. Onu da qeyd edək ki, “Bank of Baku” bankların əsas risk göstəricilərindən olan kapital adekvatlılığına görə də ən son yerlərdə qərarlaşıb.(Azpolitika.info)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar