Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Saatlı ica başçısının oğlu 300 minlik avtomobil sifariş edib - Başçı oğlunda bu qədər sərvət hardandır?

Göyçayda hər kəs Anar İsmayılovun sifarişindən danışır və başçı oğlunun maşının Göyçaya nə vaxt gələcəyini yerli sakinlər maraqla gözləyirlər...

Ölkəmizdə dəbdəbəli həyat tərzi sürən məmurlarından biri də Saatlı rayonun icra başçısı Nazim İsmayılov və ailə üzvləridir. 2001-ci ildən Göyçay, Şamaxı, SabirabadSaatlı rayonlarına başçılıq edən 67 yaşlı Nazim İsmayılovun bu və digər yollarla topladığı milyonları özünün və ailəsinin lüks həyatına sərf etdiyi deyilir. Göyçayda, Bakıda, Şamaxıda bir neçə villası, yüzminlərlə manat dəyərində maşınları, başqa dəyərli obyektləri olan Nazim İsmayılov hər zaman övladları ilə bağlı gündəmə gəlib.

DİA.AZ-a daxil ilginc məlumata görə icra başçısının ərköyün oğlu Anar İsmayılov atasını yenə də gündəmə gətirən bir “işə” imza atıb. Belə ki, başçının oğlu Anar İsmayılovun “Lexus LX” modeli olan bahalı avtomobil sifariş etdiyi deyilir. Bu barədə Göyçaydan əldə etdiyimiz məlumatda bildirilir ki, qiyməti 160 min dollardan başlayan (280 500 manat) “Lexus LX” modelini sifariş verdiyini Anar İsmayılov yaxın ətrafına danışıb və hazırda Saatlının icra başçıısının bu sifarişi Göyçay rayonunda gündəm olub. Hər kəs Anar İsmayılovun sifarişindən danışır və başçı oğlunun maşının Göyçaya nə vaxt gələcəyini yerli sakinlər maraqla gözləyirlər.

Məlumata görə rayonun müxtəlif restoran və çayxanalarında əsas mövzu məhz Anar İsmayılovun 300 minlik avtomobil almasıdır. Göyçaydan saytımıza daxil olan məlumata görə icra başçısı Nazim İsmayılov oğlunun 300 minlik avtomobil almasından gec xəbər tutsada sonda onun istəyinə səssiz qalaraq razılıq verib. Bildirək ki, Anar İsmayılov hazırda Göyçay rayonunda ən çox obyekti olan məmur övladlaından birdir.

Qeyd edək ki, Nazim İsmayılov əslən Göyçay rayonundandır və oğlu Anar İsmayılov bu rayonda atasının geniş biznes şəbəkəsini idarə edir.

Xatırladaq ki, təqribən iki ay əvvəl ölkə prezidenti İlham Əliyev Nazim İsmayılovu Saatlı rayonuna icra başçısı təyin edib.

Qarşı tərəfin mövqeyini dərc eləməyə hazırıq.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda su-kanalizasiya problemlərinə milyardlar gedib, amma...

Sumqayıtda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür

Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşların mülkünü sökür, amma onlara pul vermir...- Video

Azərbaycan bu il Türkiyədən 695 milyon ABŞ dollarlıq mal alıb

Rusiya Avropaya ölüm dəstələri göndərir - Qitə həyəcan təbili çalır...

Bakının məşhur ticarət mərkəzində sahibkar özünü asdı

Dövlət və hökumət rəsmiləri Ulu Öndər Heydər Əliyevin xatirəsini yad ediblər - Fotoreportaj

Almatıda Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında ikitərəfli görüş keçirilir - Yenilənib, Video

Prorektorun qətlini sifariş edən rektora hökm oxundu

MSK sədri parlament seçkilərinə hazırlıq prosesindən danışıb

Çin mafiyası Avropanın ən böyük fahişəxanasını satın alıb - 11 milyon avro...

Ən çox oxunanalar