Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

 Milli Qurtuluş Gününə həsr olunan konsert paytaxt sakinlərini heyran etdi

15 İyun Milli Qurtuluş Günü münasibəti ilə Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Yaşıl Teatr” Bakı Konsert Kompleksində bir sıra maraqlı məqamları ilə yadda qalan möhtəşəm konsert proqramı keçirilib

Tədbirdə qeyd olundu ki, tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyun günü hər bir vətənpərvər Azərbaycanlı üçün çox əzizdir. 26 il əvvəl yenicə müstəqilliyini qazanmış respublikamızı dağılmaqdan, məhv olmaqdan xilas ulu öndən Heydər Əliyevin düşünülmüş siyasəti sayəsində Azərbaycan öz müstəqilliyini və dövlətçiliyini qoruyub saxlaya bildi. Heydər Əliyevdən sonra isə bu siyasəti möhtərəm Prezidentimiz cənab İlham Əliyev uğurla inkişaf etdirmiş, Azərbaycan daha da möhkəmlənmiş və qüdrətlənmişdir.

Aparıcılar Leyla Quliyeva və Tural Əsədovun idarə etdiyi bayram konsertində xalq artistləri Alim Qasımov, Mənsum İbrahimov, Aygün Kazımova, Nəzakət Teymurova, Samir Cəfərov, Zulfiyyə Xanbabayeva, Rasim Balayev, Natiq Şirinovun rəhbərlik etdiyi “Natiq ritm” qrupu, əməkdar artistlər Röya Ayxan, Tünzalə Ağayeva, Fərqanə Qasımova, Sevda Ələkbərzadə, o cümlədən populyar müğənnilər Zamiq Hüseynov, Elşad Xose, Sevda Yahyayeva, Günay İbrahimli, Dilarə Kazımova, Samir Cavadzadə, Elnur Hüseynov, Fidan Hüseynova, Mirələm Mirələmov çıxış edib.

Konsert proqramının sonunda Fire Land Productionun yeni ərsəyə gətirdiyi “Azərbaycan” layihəsi təqdim edilib. Nərgiz Cəlilovanın təqdimatı ilə nümayiş olanan mahnın sözləri Cəlal Qurbanova və musiqisi bəstəkar Rauf Məmmədova aid olub. Zalda əyləşən tamaşaçılar da "Azərbaycan” mahnısını birgə ifa etdilər.
Konsert anşlaqla yadda qalıb.

pia.az

Fotolar





Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Qadınların kişi seçəndə etdiyi səhvlər: İlk 3

Ən çox oxunanalar