Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Neftin qiyməti 30 dollara qədər enə bilər? - Faktorlar...

İqtisadçı-ekspert: “OPEC-in və Rusiyanın hasilatı azaltmaq yolu ilə qiyməti yüksəltmək siyasəti artıq iflasa uğrayıb”

“Çinlə ABŞ, ABŞ-la Avropa Birliyi arasında ticarət savaşlarını izləyirik. Bu da dünya iqtisadiyyatının yavaşlamasına, dolayısı ilə də neftin istehlakının azalmasına səbəb olan faktorlardan biridir”.

Bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli rusiyalı nazirlərin neftin qiymətinin 30 dollara qədər düşməsi fikirlərini PİA.az-a şərh edərkən qeyd edib.

Rusiyanın baş nazirinin müavini və maliyyə naziri Antn Siluanov, habelə energetika naziri Aleksandr Novak əmindirlər ki, dünya bazarlarında neftin qiymətinin 30 dollara qədər düşməsi realdır. Və bunun əsası OPEC+ razılaşmasının pozulması ehtimalıdır.

“Biz bilmirik yayda nə baş verəcək. Biz bilmirik ki, OPEC+ ölkələri hasilatın məhdudlaşdırılmasına dair razılaşmanı qoruyacaqlar, ya yox. Əgər razılaşmalasalar qiymət 40 dollardan da aşağı düşə bilər, 30 dollara qədər enər” - hökumət başçısının müavini bildirib.

Energetika naziri Novak da Siluanovun mövqeyini bölüşüb. “Belə ssenari istisna deyil. Çox şey bazarda ilin ikinci yarısındakı situasiyadan asılı olacaq, tələb və təklif arasında balansdan, ticarət müharibələrindən, qeyri-müəyyənlikdən, sanksiya təzyiqlərindən”-Novak deyib.

Neftin qiymətini bu qədər aşağı düşürəcək faktorlar barədə nə demək olar? Ümumiyyətlə OPEC+ ölkələrinin gözlənilən toplantısı neftin qiymətini sabit saxlamaq imkanlarına sahibdir?

Mövzunu PİA.az-ın əməkdaşı iqtisadçı-ekspert Natiq Cəfərli ilə müzakirə edib.

Natiq Cəfərli: “OPEC və Rusiya çalışacaq neftin qiymətini sabitləşdirsin. Amma bunun uzun müddətli və dayanıqlı olacağına artıq heç kim inanmır”.

Neftin qiymətini aşağı çəkən ən böyük faktorlardan biri kimi ABŞ-da tarixi rekort həddə neft hasilatının həyata keçirilməsini göstərən iqtisadçı-ekspert əlavə edib ki, artıq son 3 ili götürsək neft hasilatında təqribən 4 milyon barel artım var. Yəni 8 milyon bareldən 12.5 milyon barelə qədər ABŞ-da neft hasilatı artıb:

“Bu gün neftin qiymətinin yüksək qalmasının əsas səbəbi geosiyası və hərbi gərginliklərdir. Yəni İran, Venesuella, Liviya ətrafında baş verən hadisələr, həmçinin Yəmənlə Səudiyyə Ərəbistanı arasında tez-tez təkrarlanan konfliktlər neftin qiymətinin yuxarı həddə qədər çatmasına səbəb oldu. Neftin qiymətinin yuxarı qalxmasında demək olar ki, iqtisadi səbəblər yoxdur və dünyada ticarət müharibələri də davam edir. Çinlə ABŞ, ABŞ-la Avropa Birliyi arasında ticarət savaşlarını izləyirik. Bu da dünya iqtisadiyyatının yavaşlamasına, dolayısı ilə də neftin istehlakının azalmasına səbəb olan faktorlardan biridir.

Neftin qiymətini aşağı çəkən ən böyük faktorlardan biri odur ki, ABŞ-da tarixi rekort həddə neft hasilatı həyata keçirilir. Artıq son 3 ili götürsək neft hasilatında təqribən 4 milyon barel artım var. Yəni 8 milyon bareldən 12.5 milyon barelə qədər ABŞ-da neft hasilatı artıb. Bütün bu faktlar neftin qiymətini aşağı çəkən amillərdir.

Natiq Cəfərli: “Yaxın aylarda neftin qiymətinin 50 dollardan aşağı olması ehtimalı çox yüksəkdir”.

Rusiyalı nazirlərin açıqlamalarında sətraltı da olsa, həm də o qeyd olunur ki, əgər dünyada baş verən bu geosiyasi gərginliklər azalarsa, yəni Liviya ətrafında gedən məsələ həll olunacaqsa, (çox güman ki, həll olunacaq) Venesuella bağlı danışıqlarda da çox güman ki, məsələ həll olunacaq, İranla ABŞ arasında artıq hərbi ritorikadan daha çox diplomatik dilə keçidlə bağlı bəyanatlar səsləndirilir və çox güman ki, bu məsələ də yaxın aylarda həllini tapacaq, bunlar baş verərsə, təbii ki, neftin qiymətində kəskin ucuzlaşma ola bilər. Çünki İran, Venesuella və Liviyada əgər sabitlik bərpa olunarsa, sanksiyalar qalxarsa, hər gün bazara təqribən 6-7 milyon barel əlavə neft tədarük edə bilərlər ki, bu da neft qiymətlərinə kəskin təsir edəcək. Neftin qiymətinin qısa zamanda 30 dollara düşəcəyinə inanmıram. Amma geosiyasi faktorlar aradan qalxsa, yaxın aylarda neftin qiymətinin 50 dollar və aşağı olması ehtimalı çox yüksəkdir.

Natiq Cəfərli: “Hər dəfə OPEC, Rusiya hasilatı azaltdıqca bazar payları da azalır və əvəzinə həmin bazarlara başqa ölkələr daxil olurlar”.

OPEC-in və Rusiyanın hasilatı azaltmaq yolu ilə qiyməti yüksəltmək siyasəti artıq iflasa uğrayıb. Çünki ABŞ-da hasilatın artımı hasilatın azalmasını kompensasiya edən əsas faktora çevrilib. Nə qədər OPEC, Rusiya hasilatı azaldacaqsa, onun əvəzində OPEC-ə daxil olmayanlar və bu anlaşmaya qoşulmayan ölkələrin hesabına neft bazarına əlavə neft daxil olacaq.

Buna görə də OPEC anlaşması artıq özünü doğrultmur və nə qədər neftin hasilatını azaltmaq olar? Hər dəfə OPEC, Rusiya hasilatı azaltdıqca bazar payları da azalır və əvəzinə həmin bazarlara başqa ölkələr daxil olurlar. Təbii ki, OPEC və Rusiya çalışacaq neftin qiymətini sabitləşdirsin. Amma bunun uzun müddətli və dayanıqlı olacağına artıq heç kim inanmır. Yəni artıq dünyada da bu alət vasitəsi ilə qiymətlərin sabit saxlanılmasına inam getdikcə azalır”.

Nərminə UMUDLU
pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən çox oxunanalar