Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Minsk qrupunun «xidməti»ndən imtina etməyin vaxtı çatıb…

«Rusiya-Azərbaycan-İran sammiti ilin sonuna qədər baş tutacaq»

İyunun 10-da Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov «Trend» informasiya agentliyində keçirilən mətbuat konfransında bildirib ki, bu iki dövlətə bölgə ölkələri ilə münasibətləri inkişaf etdirirlər. Bu kontekstdə Rusiya-Azərbaycan-İran üçtərəfli format üzrə əməkdaşlığı cəlbedicidir.

Rusiyalı diplomat xəbər verib ki, cari ilin axırına qədər Rusiya-Azərbaycan-İran sammitinin keçirilməsi gözlənilir.

«Hələlik sammitin keçirilməsinin dəqiq tarixini söyləmək çətindir. Məlumdur ki, bu tədbir 2019-cu ilin sonuna qədər baş tutmalıdır. Bu dəfə üçtərəfli formatda sammit Rusiyada keçiriləcək.Tədbir çərçvəsində dövlət başçılarının iştirakı ilə yüksək səviyyədə görüş baş tutacaq» - səfir bildirib.

«Rusiya Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsinin tərəfdarıdır və danışıqlar prosesinin davam etdirilməsini alqışlayır» – deyə, səfir jurnalistin «ATƏT-in Minsk qrupunqun həmsədrləri bölgəyə bu yaxınlardakı səfəri zamanı münaqişə tərəflərinə hansı kokret təkliflər irəli sürüblər?» – sualına cavab verərkən qeyd edib.

Onun sözlərinə görə, MQ həmsədrləri bu probemin həlli üzrə tənzimləmə məsələsində öz təkliflərinin detallarını açıqlamırlar.

«Həmsədrlərin bu yaxınlardakı birgə bəyanatında təhlükəsizliyin dəstəklənməsi və humanitar sferadan söhbət açılır. Hələlik məlum deyil ki, xarici işlər nazirləri yaxın vaxtlarda görüşmək barədə təklifi qəbul ediblərmi? Dəqiq tarix barədə görüş ərəfəsində xəbər veriləcək» – rusiyalı diplomat bildirib.

Xatırladaq ki, bölgəyə son səfər zmmanı həmsədrlər Qarabağ tənzimləməsi prosesində gələcək konkret addımlar, o cümlədən, humanitar tədbirlər və təhlükəsizlik tədbirləri barədə təklif irəli sürüblər. AzərbaycanErmənistan xarici işlər nazirləri həmsədrlərin yaxın vaxtlarda onların çətiri altında görüşmək barədə təklifini qəbul ediblər.

Göründüyü kimi, nə həmsədrlərin təklifində, nə də Rusiya səfirinin suala cavabında hər hansı konkretlik yoxdur. Belədə, görüşmək və danışmaq təklifinin gerçək məqsədi yalnız görüntü yaratmaq və Azərbaycan xalqının «başının altına yastıq qoymaq» məqsədi daşıya bilər. Odur ki, Minsk qrupunun «xidməti»ndən imtina etməyin vaxtı çatıb…

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar