Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sabiq baş nazir məxfi protokolu niyə yaydı?- "Mənim məqsədim"

"O sənədlə bağlı şərhim yoxdur"

“Mən yaydığım sənədlə bağlı hər hansı bir şərh vermirəm. Çünki sənəddə aydın olmayan bir şey yoxdur və mənim də ona şərhim yoxdur”.

Bunları AXC hökumətində baş nazir vəzifəsini tutmuş Pənah Hüseyn bugünlərdə 26 may 1993-cü il tarixində keçirilən Dövlət Müdafiə Komitəsinin qapalı iclasının protokolunu yaymasının səbəbi haqda “AzPolitika.info”-nun sualına cavabında deyib.

Xatırladaq ki, həmin protokolda xüsusən Prezident Əbülfəz Elçibəyin qiyamçı polkovnik Surət Hüseynovla bağlı qəti tapşırığı diqqəti çəkir – “YA HƏBS, YA DA MƏHV OLUNSUN!”

Sabiq baş nazir Prezident Elçibəyin mövqeyinin konkret olduğunu xatırladaraq əlavə edib ki, bu istiqamətdə müəyyən hərəkətlər olub, ancaq bu addımlar uğursuzluqla nəticələnib.

Pənah Hüseyn məxfi iclasın protokolunu yaydığına görə ittiham olunmasına da münasibət bildirib. Belələrindən biri də sabiq deputat Alqış Musayevdir. “Mənim diqqətimi Alqış adlı şəxsin fikirləri cəlb etməyib. Mən məsuliyyətimi başa düşürəm və istənilən səviyyədə də buna cavab verməyə hazıram”.

Sabiq baş nazir əlavə edib ki, bu sənədi yaymaqda məqsədi 26 il əvvəlki ictimai-siyasi vəziyyət, Azərbaycanın siyasi-hərbi rəhbərliyinin mövqeyi və Prezident Elçibəyin ölkədəki vəziyyət, konkret olaraq Gəncə hadisələri ərəfəsində baş verənlərə münasibəti haqqında daha bir həqiqəti diqqətə çatdırmaq olub.

Pənah Hüseyn söyləyib ki, Dövlət Müdafiə Komitəsinin 26 may 1993-cü ildə keçirilən toplantısında şəxsən onun özü iştirak etməyib: “Mən o vaxt Londonda rəsmi səfərdə olmuşam və bu səbəbdən də iclasda iştirak etməmişəm”.

Qiyamın üzərindən artıq 26 il zaman keçdiyini xatırladan Pənah Hüseyn hesab edir ki, zaman keçdikcə Azərbaycan xalqı və ictimaiyyətinə hər şey daha açıq aydın olur.

pia.az

 

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar