Çərşənbə, 18 Sentyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

"Porsche" 42 min avtomobili geri çağırır

Almaniyanın məşhur idman avtomobili istehsalçısı "Porsche" Çin bazarında satdığı 42 min avtomobili potensial yanğın riski ilə əlaqədar geri çağırır

PİA.AZ AZƏRTAC-a istinadən bildirir ki, Çinin Bazar Tənzimlənməsi üzrə Dövlət Administrasiyası belə bir qərar qəbul edib. Qərara əsasən, oktyabrın 7-dən başlayaraq 2010-2016-cı illərdə istehsal olunmuş "Panamera" modelindən avtomobillər geri çağırılacaq. "Porsche"in Çindəki filialı həmin avtomobilləri yoxlayaraq nasaz hissələri öz hesabına dəyişəcək.

Qeyd edək ki, administrasiyanın mütəxəssisləri həmin avtomobillərin hava kondisionerlərinin ventilyatorlarındakı nasazlığın yanğına səbəb olacağını düşünürlər.

pia.az

Etiket: "Porsche"

Şərh yazın.

loading...