Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ötən həftənin mozaikası: Hacı Muradın sümüklərinin yaratdığı təhlükə və ...

Azərbaycanı Qafqaz xalqları üz-üzə qoymaq istəyənlər kimlərdir? Təbii ki, Rusiyadan daha çox bunu Ermənistan istəyir. Ancaq Ermənistanın tək başına bu boyda işləri edə biləcəyi də inandırıcı görünmür...

Azər Qaramanlı yazır...

Hacı Muradın sümüklərinin yaratdığı təhlükə

Ötən həftənin ən kuryoz hadisəsi təbii ki, Hacı Muradın cəsədinin qalıqlarının Azərbaycandan oğurlanması oldu. Bu oğurluğu təşkil edən şəxsin Rusiya Dövlət Dumasının deputatı olması isə xüsusi maraq doğurur.

Qəbir oğurluğu hadisəsində diqqət çəkən əsas məsələlərdən biri Azərbaycan hakimiyyət dairlərinin bu məslədə tamamilə susqunluq nümayiş etdirməsi oldu. Oğurluğun Rusiya mətbuatı tərəfindən aşkarlanması isə başqa mətləblərdən xəbər verdi. Oğurluq faktını Rusiya mətbuatı isbatlasa da, Azərbaycan rəsmiləri bu faktı nə inkar, nə də təsdiq etdi. Yəni rəsmi Bakı sanki kənardan idarə edilən hansısa oyunun tərkibinə çevrilmək istəmədi.

Bunun ardınca Rusiya mediası iddia etdi ki, Hacı Muradın Dağıstana “köçürülməsi”ndə Azərbaycan tərəfi də maraqlıdır və buna görə də susqunluq nümayiş etdirir. Guya Hacı Muradın qəbri Azərbaycan üçün problem olub və bu məzar avarların Azəbaycana qarşı ərazi iddialarına səbəb olurmuş. Və Rusiyanın bəzi ictimai təşkilatları belə bir sərsəm iddiada bulundular ki, problemli məzardan bu yolla qurtulan rəsmi Bakı avarların Azərbaycana qarşı ərazi iddialarını da ortadan qaldırmış oldu.

Rusiyada səsləndirilən bu iddiların məntiqsizliyi özü-özündən ortadadır. Çünki Hacı Muradın iddia olunan qalıqlarını oğurlayan Rusiya Dövlət Dumasının deputatı Hacımurad Ömərov, həmçinin Hacı Muradın soyundan gələnlər məzarın qanuni şəkildə Dağıstana, məşhur naibin doğulduğu Xunzax rayonunda yenidən dəfn olunması üçün Azərbaycan rəhbərliyinə müraciət edə bilərdilər. Yəni məzar oğurluğu üçün ortada elə bir səbəb yox idi və məntiqə görə əgər Azərbaycan Hacı Muradın məzarından qurtulmaq istəyirdisə, məzarın köçürülməsinə də razılıq verməliydi.

Digər tərəfdən Hacı Muradın kəsilmiş başının Sankt Peterburqda saxlanıldığı da hər kəsə məlumdur. O da məlumdur ki, Hacı Muradın kəllə tasının geri qaytarılması üçün hələ bir neçə il əvvəl Rusiya rəhbərliyinə məlumat verilib. Putinin razılığı alınsa belə, Hacı Muradın kəllə tası hələ də geri qaytarılmır və bu absurd bir səbəblə izah olunur. Moskvada hesab edirlər ki, Hacı Muradın kəllə tasının qaytarılması Dağıstanda millətlərarası problemə səbəb ola bilər. Məntiqlə Hacı Muradın qəbrini oğurlayanlar ilk öncə kəllə tasının geri qatarılmasına nail olmalıydılar. Lakin bunun əvəzinəı onlar, hətta Hacı Murada məxsusluğu şübhəli olan sümükləri oğurlamağa üstünlük verirlər.

Məsələ ondadır ki, Hacı Murad yanındakı iki başqa şəxslə birlikdə öldürülüb və hər üç şəxsin başı kəsilərək imperatora yollanınlıb. Başsız cəsədlər isə naibin öldürüldüyü yerdə ümumi qəbrdə basdırılıb. Hazırda Hacı Muradın sümüklərini ikinci dəfə dəfn edənlər isə o sümüklərin kimə aid olduğunu belə bilmirlər. Yəni məntiqlə öncə Hacı Muradın kəllə tası geri qaytarılmalı, sonra məzar açılmalı və hansı cəsədin Hacı Murada aid olduğu DNT analizi vasitəsi ilə öyrənilməliydi. Və bu da rəsmi qaydada həyata keçirilməliydi.

Bu halda sual olunur: Putinin razılığı olsa belə, Hacı Muradın kəllə tasını Rusiyadan ala bilməyənlər Hacı Murada məxsusluğu şübhəli olan sümükləri hansı məqsədlə oğurladılar və Azərbaycan tərəfinin susqunluğu nəylə bağlıdır?

Diqqət çəkən məsələlərdən biri odur ki, Azərbaycanın şimalında maraqlı hadislər baş verir və hansısa güc Azərbaycanı şimalda milli qarşıdurmaya cəlb etmək istəyir. Bir neçə ay əvvəl Moskvada azərbaycanlılarla çeçenləri vuruşdurmaq cəhdini xatırlayın. Və Keşikçi dağı ətrafında dönüşən hadisləri də xatırlayaq. Kimlərsə Keşikçi dağı məsələsini ortaya ataraq Azərbaycanın Gürcüstanla münasibətlərini pozmaq istəyirdi. Lakin Azərbaycan tərəfinin təmkinli davranışı buna imkan vermədi.

Bundan sonra isə Hacı Muradın sümüklərinin oğurlanması onu göstərir ki, hansısa güc Azərbaycanın şimalında qarşıdurma yaranmasına ciddi maraq göstərməkdədir. Əgər Azərbaycan Hacı Muradın qalıqlarının oğurlanmasına sərt reaksiya versəydi, təbii ki, Şimali Qafqazda bir çox qruplaşmalar və xalqlar Azərbaycanı düşmən elan edəcəkdilər və bu da Azərbaycanın şimalında gərginliyin yaranmasına yol açacaqdı.

Bəs Azərbaycanı Qafqaz xalqları üz-üzə qoymaq istəyənlər kimlərdir? Böyük ehtimalla Rusiya. Lakin Rusiyadan daha çox bunu Ermənistan istəyir. Ancaq Ermənistanın tək başına bu boyda işləri edə biləcəyi də inandırıcı görünmür...

Moldaviyada birıəşən Şərq və Qərb - Yollar hara aparır?..

Şənbə günü Molovada faktiki olaraq konstitusiya böhranı yarandı. Bazar günü isə bu böhran ölkədə iki hökümət və iki prezident yaratdı...

Moldovadakı böhranın başlanğıcı heç də dünən ya da fevralda keçirilən seçkilərlə yaranmayıb. Böhran illərdir ki, davam edir və bəlkə də indi özünün kuliminasiya nöqtəsinə çatıb. Uzun illərdir ki, Moldovada Rusiyapərəstlərlə Avropaya inteqrasiya tərəfdarları arasında mübarizə gedir. Son bir neçə ildə isə bu, demək olar ki, Rusiya ilə Avropa arasında bölüşülməyən “meyvə” olmaqda davam edib. Prezident İqor Dodonun yürütdüyü birtərəfli Rusiyapərəst siyasət son illərdə Moldova cəmiyyətini gərginlikdə saxlayırdı. Moskvaya qarşı inanılmaz sevgi nümayiş etdirən Dodon bu üzdən bir neçə dəfə ölkəsinin Konstitutusiya Məhkəməsi tərəfindən vəzifəsinin icrasından kənarlaşdırılıb və onun əvəzinə Rusiya əleyhinə qəbul edilən parlament qərarlarını elə parlamentin sədri imzalayıb.

Bu ilin fevralında keçirilən seçkilər əslində Moldovada qarşıdurmanın çox yüksək səviyyədə olduğunu ortaya qoydu. Dodonun paryiyası 30% səslə seçkilərin birincisi olsa da, ötən 3 ay müddətində hökümət formalaşdırmaq mümkün olmadı. Hökümətin qurulmasının qarşısını alan əsas siyasi qüvvə isə Avropaya inteqrasiya tərəfdarı olan ACUM bloku idi. Seçkilərin ilkin nəticəsi gözlənti ortaya qoymuşdu ki, iki Qərbpərəst siyasi qüvvə, Demokrat Partiyası və ACUM bloku koalisyon hökümət quracaqlar. Lakin bu gözlənti 3 ay müddətində özünü doğrultmadı. Çünki ACUM bloku əsas nazirlikləri özünə tələb edirdi.

Konstitusiya Məhkəməsinin iyunun 7-ə qədər hökümət qurulmazsa, parlamentin buraxılması üşün prezidentə son vaxt verməsinə baxmayaraq, birdən-birə iyunun 8-də Dodonun Sosialistlər partiyası və ACUM bloku müvəqqəti koalisiya yaratdıqlarını elan etdilər və hökümət qurdular. Maraqlıdır ki, iyunun 7-də anlaşa bilməyən iki antaqonist qüvvə bir gün sonra rahatca anlaşdı və bu anlaşmada Rusiya, ABŞ və AB səfirləri də iştirak etdi. Yəni yeni qurulan koalisiya faktiki olaraq Rusiya və Qərb arasında analaşma nəticəsində meydana gəldi. Hər halda şənbə günü görünən mənzərə belə idi.

Oyundan kənarda qalan Demokrtalar Partiyası isə yeni höküməti tanımadığını bildirdi və Konstitusiya Məhkəməsinə müraciət etdi. Bu müraciətin ardından isə məhkəmə üzvləri yeni koalisiyanı antikonstitusion elan etdi və vəzifəsini yerinə yetirə bilmədiyənə görə prezident Dodonu vəzifədən azad etdi. Prezident səlahiyyətləri isə Demokrat partiayasından olan baş nazir Pavel Filipə keçdi. Filipin isə prezident olaraq ilk fərmanı parlamenti buraxmaq və yeni seçkilər elan etmək oldu. Hüquq-mühafizə orqanları Pavelin hökümətini tanıdıqlarını elan etsələr də, Moldovada çox anlaşılmaz və mürəkkəb bir siyasi vəziyyət yaranıb.

İşin bir qədər də gülünc olan tərəfi odur ki, Avropa Birliyi rəsmiləri artıq ACUM blokunun rəhbərliyi ilə yaradılan yeni hökümətlə işləməyə hazır olduqlarını bildiriblər. Lakin siyasi ikiüzlülük nümayiş etdirdiklərinə görə ACUM bloku və Dodonun sosialistlər partiyası xalq arasında ciddi nüfuz itkisi ilə qarşılaşdılar. Bu koalisiyanı hazırda Rusiya və yaxın zamanda postlarını tərk etməli olan Avropa Birliyinin bir neçə komissarı müdafiə edir. ABŞ səfiri parlamentin iclasına qatılsa da Vaşinqton susmağa üstünlük verir və böyük ehtimalla Ağ Ev Demokrtalar Partiyasını müdafiə edəcək. Bu da Moldovadakı vəziyyəti daha da mürəkkəb edir.

Bəzi analitiklər isə Dodonun yaxın saatlarda həbs olunacağını belə istisna etmirlər. Ona qarşı irəli sürülən ittihamlarda vətənə xəyanət və Moskvadan seçki kampaniyası üçün maliyyə yardımı almaq kimi ciddi cinayət tərkibləri var. Bir çox ekspertlərin fikrincə siyasi lider kimi Dodon öz karyerasını bitirib və indi onu ən pis halda Moskbada mühacir həyatı yaşamaq gözləyir.

İşin ən maraq doğuran tərəfi isə odur ki, Avropa Birliyi Moldovadakı koalisiya yaratmaq üçün niyə Rusiya ilə anlaşmaya getmədi və ACUM blokuna təzyiq və təsir imkanları vardısa, niyə bu imkanlardan Demokratalrla ACUM arasında gözlənilən koalisiyanı yaratmağa çalışmadı?

Bu suallar əslində havadan asılmış suallardır və sualların cavabını yaxın günlərdə görəcəyik. Hər halda Qərb texnoloqlarının Moldovadakı Rusiya faktorunu bir dəfəlik həll edə bilmək üçün bu yola baş vurmalarını da istisna etmək olmaz. Və hadisələrin gedişi də buna doğru aparmaqdadır.

Yəni Qərbdə rəngli inqilabların xarakteri dəyişir və artıq Rusiyaya qarşı inqilablar elə Moskva ilə “əlbir” şəkildə həyata keçirilir...

“Şənlik generalı” olmayan Putin..

Yola saldığımız həftənin ən vacib hadisələrindən biri də İkinci Dünya Müharibəsində Normandiya sahillərində tarixdə ən böyük desant çıxarma əməliyyatının 75 illiyi münasibətilə keçirilmiş tədbirlər oldu. Tarixə “Normandiya çıxarması” olaraq düşən bu böyük əməliyyat nasizmin məhv edilməsi üçün həyata keçirilsə də, bu gün həm də yeni Avropanın təməlinin atıldığı gün olaraq qeyd olunmalıdır.

Bəllidir ki, ABŞ və Böyük Britaniyanın ortaq çalışmaları olmasaydı, Stalinin Hitlerin öhdəsindən gəlməsi imkansız idi və SSRİ məhz ABŞ-dan, Britaniyadan aldığı texnika və ərzaq yardımları nəticəsində ayaqda qala bildi. Amma buna baxmayaraq, Stalin müharibənin nəticələrinə görə Avropanın yarısını öz hakimiyyəti altına aldı və bu da Qərb üçün İkinci Dünya savaşının ən ağrılı nəticəsi oldu. Bu ağrı Berlin divarı sökülənə qədər davam etdi və indi NATO Litvaya, Latviyaya, Polşaya və hətta Ukraynaya qədər uzana bilib...

“Normandiya çıxarması”nın 75 iliyində ən çox gözə dəyən isə Putinin bu tədbirə dəvət edilməməsiydi. Almaniyanın yubiley tədbirində zərərgörən tərəf olaraq tanıdılması və Merkelə göstərilən xüsusi sevgi fonunda İkinci Dünya Müharibəsinin az qala bütün qələbələrini öz adına yazan Rusiya liderinin tədbirə dəvət olunmaması tamamilə başqa bir siyasi reallıqdan xəbər verir. Artıq Qərb siyasi oliqarxiyasının düşməni Almaniya deyil, məhz Almaniyaya qarşı müttəfiq olduqları Rusiyadır. Bu reallıq 70 ildən artıqdır ki, davam edir və Berlin divarının sökülməsindən sonra da dəyişmədi. Daha doğrusu, Putin bu dəyişimin şərtlərini qəbul etmədi və bu üzdən də o, hazırda sivil dünyanın bir nömrəli düşməninə çevrilib.

Putinə gəlincə isə Sankt-Peterburq İqtisadi Forumunda bu barədə sualı cavablandıran Rusiya prezidenti deyib ki, o şənlik generalı deyil ki, hər tədbirə dəvət oluna... Maraqlı cavabdır və bu cavabın altında Putinin bütün qəzəbi gizlənib...

Azər QARAMANLI
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar