Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Poroşenko Ukraynanın yeni baş naziri olacağını istisna etmir

Petro Poroşenko Ukraynada keçiriləcək növbədənkənar parlament seçkilərində qalib gələcəkləri halda ölkənin yeni baş naziri olacağını istisna etməyib

Ukraynanın beşinci prezidenti P.Poroşenko bu barədə rəhbəri olduğu “Avropa həmrəyliyi” partiyasının bazar günü keçirilən qurultayında çıxışı zamanı məlumat verib.

Onun sözlərinə görə, parlament seçkilərində qalib gəldikləri halda baş nazir olmaq şansı böyükdür.

AzərTAc xatırladır ki, bugünkü qurultayda partiyanın növbədənkənar parlament seçkilərinə qatılacaq namizədlərinin siyahısı təqdim edilib. Partiyanın siyahısında ilk onluğa tanınan simalardan Petro Poroşenko, Ali Radanın sədri Andrey Parubiy, Ali Rada sədrinin birinci müavini İrina Qeraşenko, müharibə veteranı Mixail Zabrodskiy, televiziya aparıcısı Sofiya Fedina, Krım tatarlarının rəhbərləri Mustafa Cəmilov, Atyom Çiyqoz daxildir.

Qeyd edək ki, Ukraynada növbədənkənar parlament seçkiləri iyulun 21-də keçiriləcək.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar