Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rəsmi Bakı həmsədrlərin Dağlıq Qarabağın azərbaycanlı icması ilə görüşü haqda

Həmsədrlərin azərbaycanlı icması ilə görüşü belə formatda keçirilmiş ilk görüş deyil

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, son günlər bəzi KİV nümayəndələri ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bölgəyə son səfəri çərçivəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması ilə görüşünə dair bəzi mülahizələrlə çıxış edirlər.

Nazirlik bildirir ki, bu belə formatda keçirilmiş ilk görüş deyil. Bu günədək həmsədrlər bölgəyə səfərləri çərçivəsində Dağlıq Qarabağın erməni icması ilə görüşdükləri kimi, azərbaycanlı icmanın nümayəndələri ilə də silsilə görüşlər keçiriblər: "Burada təəccüblü heç bir şey yoxdur; bu, həmsədrlərin mandatının bir hissəsini təşkil edir. Həmsədrlərin 1995-ci il tarixli mandatında qeyd edilir: “Həmsədrlər öz fəaliyyətlərində ATƏT-in norma və prinsipləri, BMT Nizamnaməsi, ATƏM qərarları, o cümlədən 1992-ci il 24 mart Nazirlər Şurası qərarı və Budapeşt zirvə görüşü qərarları, eləcə də BMT TŞ-nin müvafiq qətnamələrini rəhbər tutacaqlar”.

Həmsədrlərin bu ilin 9 mart tarixində verdikləri bəyanatlarında onların vasitəçiliyi ilə YerevanBakı arasında aparılan təmaslarla yanaşı, maraqlı tərəflərlə də müzakirələrin davam etdirildiyi qeyd edilib.

Vurğulamaq istərdik ki, Dağlıq Qarabağın azərbaycanlı icmasının mövqeyi və digər məcburi köçkünlərlə yanaşı onların öz torpaqlarına geri qayıtması məsələsi hər zaman danışıqların bir hissəsini təşkil edib. Bu məsələ həmsədrlərin yuxarıda qeyd edilən bəyanatında da öz əksini tapıb və “bütün məcburi köçkünlərin və qaçqınların öz evlərinə geri qayıtması” danışıqların mühüm elementi qismində əks olunub. Birmənalı şəkildə qeyd etmək olar ki, ölkəmizin Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması danışıqların mühüm hissəsini təşkil edir.

Eyni zamanda nəzərə almaq lazımdır ki, münaqişənin həlli üzrə danışıqlar ATƏT-in müvafiq qərarlarına uyğun olaraq ErmənistanAzərbaycan arasında aparılır və bu yanaşma Minsk Qrupunun həmsədrləri tərəfindən də dəstəklənir.

Sonda, danışıqlar masasında hansı məsələlərin müzakirə edildiyini sorğu edənlərə çox sadə cavab verərək onları Minsk Qrupu həmsədrlərinin bu ilin 9 mart tarixli bəyanatı ilə tanış olmağa çağırırıq. O zaman bütün möhtəkirliyə son qoyulacaq". (virtualaz.org)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar