Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dövlət Neft Fondu qeyri-şəffaf çalışır? - Günün sualı...

İqtisadçı: “Neft Fondunun gəlirləri proqnozlaşdırılır və həmin proqnoza uyğun da xərclər həyata keçirilir. Bu Fondda özbaşına kənarlaşmalar ola bilməz”

“Neft Fondunun açıqladığı rəqəmlərin nə əhalinin iqtisadi fəallığına, nə də birbaşa güzəranına təsiri yoxdur”.

Bu sözləri iqtisadçı İlham Əzizov Qubad İbadoğlunun Dövlət Neft Fondunu qeyri-şəffaf çalışmaqda ittiham etməsini PİA.az-a şərh edərkən qeyd edib.

Dünən Qubad İbadoğlu Dövlət Neft Fondunu qeyri-şəffaf çalışmaqda ittiham edib. İqtisadçı bildirib ki, Dövlət Neft Fondu bir sıra vacib məlumatları ictimaiyyətdən gizlətməklə yanaşı, rəqəmlərlə manipulyasiya edərək açıqladığı informasiyalarla əhalini də çaşdırır: “Ötən ilki uğursuzluğunu kənar amillərin təsiri ilə izah edərək məsuliyyətdən boyun qaçıran Dövlət Neft Fondu bir sıra vacib məlumatları ictimaiyyətdən gizlətməklə yanaşı, rəqəmlərlə manipulyasiya edərək açıqladığı informasiyalarla əhalini də çaşdırır”, deyə iqtisadçı alim sosial şəbəkədə yazıb.

Bundan sonra Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) ekspertin ittihamlarını cavablandırıb. Fond açıqlamasında bildirilib ki, ARDNF investisiya portfelinin qurulması zamanı, eləcə də onun gəlir və risklərinin qiymətləndirilməsini apararkən beynəlxalq ən yaxşı təcrübəyə müvafiq olaraq hər hansı bir əqdin risk və gəlirlilik göstəriciləri əsas götürülməklə deyil, bu işi bütün investisiya portfeli səviyyəsində icra edir.

Neft Fonduna qarşı yönəldilən bu ciddi ittihamlar nə qədər əsaslıdır və qurumun fəaliyyətində bu nöqsanlar müşahidə olunurmu?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı iqtisadçı İlham Əzizovun fikirlərini öyrənib.

İlham Əzizov: “Əgər Neft Fondunda rəqəmlər manipulyasiya olunursa, ictimaiyyət çaşdırılırsa və yaxud da dövlət orqanları aldadılırsa, bunlar dəqiq faktlarla, rəqəmlərlə sübut olunmalıdır”.

Fondun xərclərinin daha səmərəli istifadə edilməsində müxtəlif fikirlər və mülahizələrin ola biləcəyini vurğulayan iqtisadçı PİA.az-a açıqlamasında sözlərinə onu da əlavə edib ki, Fondun rəqəmlərlə manipulyasiya etdiyini və ya qeyri-şəffaf işlədiyini zənn etmir:

“Bildiyimiz kimi Neft Fondunun gəlirləri və xərcləri Azərbaycan qanunları ilə təsdiq olunmuş büdcə əsasında hesablanır. Həmçinin Neft Fondunun iqtisadi fəaliyyətinə Hesablama Palatası nəzarət edir. Neft Fondunun açıqladığı rəqəmlərin nə əhalinin iqtisadi fəallığına, nə də birbaşa güzəranına təsiri yoxdur. Fondun açıqladığı rəqəmlər iqtisadçılara və dövləti idarə edən şəxslərə maraqlıdır. Buna görə də əgər Neft Fondu rəqəmlələ manipulyasiya edirsə, bunun əhali ilə birbaşa əlaqəsinin olduğunu düşünmürəm.

Həm də Neft Fondunun gəlirləri proqnozlaşdırılır və həmin proqnoza uyğun olaraq xərclər həyata keçirilir. Bu Fondda özbaşına kənarlaşmalar ola bilməz.

İlham Əzizov: “Neft Fondu rəqəmlərlə manipulyasiya edirsə, bunun əhaliyə birbaşa əlaqəsinin olduğunu düşünmürəm”.

Onu da qeyd edim ki, Neft Fondunun xərclərinin səmərəliyini artırmaq olar. Xərclərin səmərəliyinin artırılması inkişaf edən dinamika ilə olmalıdır. Yəni hər il yeni xərc maddələri tapıb Fondun xərclərini daha səmərəli istifadə etmək olar. Bu barədə müxtəlif fikirlər və mülahizələr ola bilər. Fondun rəqəmləri manipulyasiya etdiyini və ya qeyri-şəffaf işlədiyini zənn etmirəm.

Əgər Neft Fondunda rəqəmlər manipulyasiya olunursa, ictimaiyyət çaşdırılırsa və yaxud da dövlət orqanları aldadılırsa, bunlar dəqiq faktlarla, rəqəmlərlə sübut olunmalıdır. Bu məsələni ümumi sözlə demək olmaz”.

Nərminə UMUDLU
pia.az

ver



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar