Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Neftin qiyməti yenə təşviş yaradırır - Bu müvəqqətidir yoxsa?...

Ekspert: “Neftin qiymətləri ilə bağlı hadisələrin inkişaf ssenarisi Birləşmiş Ştatlar tərəfindən xüsusi olaraq işlənib hazırlanıb və bu gün baş verənlər həmən ssenarinin tərkib hissəsidir”

ABŞ dünyaya neftin qiymətləri ilə bağlı bütün açarların öz əlində olduğu mesajını verdi”.

Bu sözləri sabiq maliyyə naziri Fikrət Yusifov İrana tətbiq edilən sanksiyalarla bağlı neftin qiymətində gözlənilən qiymət yüksəlişinin olmamasını, əksinə qiymətlərin sürətlə aşağı düşməsini PİA.az-a şərh edərkən qeyd edib.

Son iki həftədə Birləşmiş Ştatların İrana qarşı sanksiyaları genişləndirməsinə və cənub qonşumuzun neft ixrac imkanlarının minimumlaşmasına baxmayaraq “qara qızıl” dəyər itirməyə başlayıb.

Belə ki, neft yenidən ucuzlaşmağa başlayıb. Bir müddət öncə hər bareli 73 dollara ətrafında alqı-satqı edilən Brent markalı neft indi 61 dollara qədər ucuzlaşıb. Bununla da son həftələrdə də neftin hər barelinin qiymətinin 12 dollar azaldığı bəlli olur. Qeyd edək ki, bu gün ICE London qitələrarası birjasında Brent markalı neft 60,88 dollara satılıb.

Qiymətin düşüşünə siyasi vəziyyətin kəskinləşməsi təsir edirmi və hazırda yaşanan düşüş müvəqqəti xarakter daşıyır, yoxsa qiymətin getdikcə daha çox düşməsi gözlənilir?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı sabiq maliyyə naziri Fikrət Yusifovun fikirlərini öyrənib.

Fikrət Yusifov: “ABŞ-la İran arasında yaranmış gərginlik hərbi münaqişəyə çevrilsə, bu zaman neftin qiymətlərində kəskin bahalaşma qaçılmaz olacaq”.

Neftin qiymətləri ilə bağlı hadisələrin inkişaf ssenarisinin Birləşmiş Ştatlar tərəfindən xüsusi olaraq işlənib hazırlanıb və bu gün baş verənlər həmən ssenarinin tərkib hissəsi olduğunu düşünən sabiq maliyyə naziri PİA.az-a açıqlamasında bildirib ki, heç şübhəsiz bu ssenaridə müəyyən dövrlərdə neftin qiymətlərinin kəskin oynamaları nəzərə alınıb:

İrana qarşı tətbiq edilən sanksiyalar və ilk baxışda dünya bazarlarında neftin qiymətlərinin artmasına rəvac verməli idi. Lakin bu gün görünən bunun əksidir. Amerika Birləşmiş Ştatları bir gedişlə bu baxışları alt-üst etdi və sanki bununla da dünyaya neftin qiymətləri ilə bağlı bütün açarların öz əlində olduğu mesajını verdi.

Düşünürəm ki, neftin qiymətləri ilə bağlı hadisələrin inkişaf ssenarisi Birləşmiş Ştatlar tərəfindən xüsusi olaraq işlənib hazırlanıb və bu gün baş verənlər həmən ssenarinin tərkib hissəsidir. Heç şübhəsiz bu ssenaridə müəyyən dövrlərdə neftin qiymətlərinin kəskin oynamaları nəzərə alınıb. Məsələn, ABŞ-la İran arasında yaranmış gərginlik hərbi münaqişəyə çevrilsə, bu zaman neftin qiymətlərində kəskin bahalaşma qaçılmaz olacaq.

Fikrət Yusifov: “İran və Venesuela nefti üzərində nəzarətin ələ keçirilməsi neft bazarında ABŞ-ın tam hegemonluğu demək olacaq”.

Lakin bu münaqişə başa çatdıqdan sonra nələr baş verəcək? İranda da İraqda olduğu kimi neft hasilatı üzərində nəzarət etmək mümkün olacaqmı? Heç şübhəsiz ABŞ İrana hərbi müdaxilə etsə, (fərqi yoxdur hansı formada) sonda bu nəzarəti ələ keçirməyi hədəfləyəcək.

İran və Venesuela nefti üzərində nəzarətin ələ keçirilməsi isə neft bazarında ABŞ-ın tam hegemonluğu demək olacaq. Bundan sonra Rusiya ilə “haq-hesab çürüdüləcək”. ABŞ-ın geosiyasi hədəfilərinin tərkib hissəini təşkil edən və neft qiymətlərini uzun müddət idarə etmək üçün hazırlamış ssenarinin əsas məqsədləri budur. Yəni ABŞ İran və Venesuela neftini ələ keçirməklə bütün dünyada neft bazarını ələ keçirməyi planlayır”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

İllər sonra danışan qohumu Nəzakət Məmmədovanın və nəvəsinin ölüm səbəblərini açıqladı    

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ən çox oxunanalar