Bazar, 25 Avqust 2019
USD : 1.7
EUR : 1.9178
Hava
+29 ° Baku
+31 ° Quba
+23 ° Qusar
+32 ° Gəncə
+28 ° Lənkəran
+30 ° Naxçıvan
+35 ° Salyan
+32 ° Şəki

20 saylı məktəb-liseydə baş verənlərlə bağlı Mehriban Əliyevaya müraciət ünvanlandı

“Şagirdlərin həyatında ən əlamətdar günlərdən birini S.Veysova “palatka toyu”na döndərib”

“Sizin böyük etimadınız Səadət Veysova tərəfindən rüşvət və korrupsiya səviyyəsinə endirilib”

Paytaxtın mərkəzində, xalqımızın böyük aydınlarının, görkəmli şəxsiyyətlərinin, ümummilli liderin uyuduğu Fəxri Xiyabana yaxın bir məktəb yerləşir. Məktəbin müasir görünüşü, dizaynı uzaqdan insanı cəlb edir. İlk baxışdan aydın olur ki, dövlət bu məktəbin inkişafı üçün nə lazımdırsa edib-özü də artıqlaması ilə. Bütün bunların qarşılığında dediyimiz məktəb gərəkdir ki, Azərbaycan təhsilinin flaqmanı olsun, başqalarına nümunə göstərilsin. Amma...

Hələ də söhbətin hansı məktəbdən getdiyini tapmamısınızsa ( bilirik ki, belə “məhşur” məktəbi bizsiz də tanıyırsınız) xatırladaq ki, danışdığımız məkan 20 saylı məktəb-liseydir. O məktəb ki, yeni binasının açılışında cənab Prezifdent və Mehriban xanım iştirak etmişdi. Və bu yenidən qurulan məktəbdə yenidənqurma işlərini,təhsil islahatlarını davam etdirmək üçün yeni direktor da təyin edilmişdi. Səadət dolu günlər arzusu ilə Səadət Veysova!

PİA.az bildirir ki, Rubrika.az saytında “Təhsil Nazirliyinin unutduğu keçmiş, yoxsa məhv etdiyi gələcək? - Təhsil naziri cənab C.Bayramovun diqqətinə...” başlığı ilə yazı dərc olunub.

Yazıda 20 saylı məktəb-liseydə baş verən qanunsuzluqlar, Səadət Veysovanın formalaşdırdığı rüşvətxor-korrupsioner idaretmədən, təhsilin keyfiyyətinin ildən-ilə aşağı düşməsindən söhbət açılır. Hamıya gün kimi aydın olan, uşaqdan böyüyə dillər əzbəri olan həqiqətləri qələmə almışdıq sadəcə. Düşünürdük ki, S.Veysova tənqidlərimizdən nəticə çıxardar, barəsində Təhsil nazirinə ünvanladığımız iradları düzəldər. Əvəzində isə məqaləyə etiraz edən “zəhmətkeş müəllim-valideynlər” tərəfindən redaksiyamıza etiraz məktubları göndərilməyə başlanıldı. Sovet dövrünün 60-70-ci illərindən qalma bu köhnə “etiraz forması” məktəb rəhbərliyinin hansı təfəkkürə,düşüncəyə sahib olduğunu bir daha sərgiləyir. Hirsindən adını belə unudan,özünü təqdim etməyən Samirə müəllimə əməlli başlı “od püskürür”. “Bir şeyi də bilin ki, Səadat xanımın arxasında 20 nömrəlinin müəllim ordusu dayanıb. Biz bu işi belə qoymayacağıq. Səhifədə məqalənin altına rəy yazmaq imkanı qoymasınız,bunun da məqsədli olduğunu anlayıram. Biz müəllimlərlə yığışıb məktəbimizə,direktorumuza qarşı olan bu haqsızlığa son qoymağı tələb edəcəyik.Şikayət edəcəyik. Bu nədir? Təhsil Nazirliyi, Mətbuat Şurası, Ombudsman- hər yerə yazacağıq. Lazım gələrsə,Prezidentimizə, Vitse-prezidentimizə qədər müraciət edəcəyik. Möhtərəm Prezidentimizin tikdirdiyi və Şəxsən özünün və Vitse-prezident Birinci xanım Mehriban xanım Əliyevanın şəxsən iştirakı ilə açılmış məktəbi və onun rəhbərliyini belə təhqir etmənizə icazə verməyəcəyik“ . Nöqtəsinə, vergülünə belə toxunmadan Samirə xanımın “qəzəbnamə”sindən bir hissəni təqdim etdik sizlərə. Hiss olunur ki, bərk qəzəblənibmiş, yoxsa 15 ilin müəllimi nədən belə 6-cı sinif şagirdi səviyyəsində inşa yazsın? Məktubun digər məqamlarının incəliklərinə varmayacağıq- zatən məlumdur. Müəllimə 20 saylı məktəb-liseyin “ideal şəraitindən” ağız dolusu söhbət açır. Biz isə məqalədə sadaladığımız nüansları bir daha təkrar etmədən keçirik əsas mətləbə. Məqalədə Təhsil naziri C.Bayramova nöqsanlarla bağlı müraciət etmişdik. S.Veysova isə bizi birinci-vitse prezident Mehriban xanıma müraciət etməklə hədələyir. Məhşur filmdə deyildiyi kimi- “Abasqulu bəy, özünə zəhmət verib geriyə qayıtma, sən düşündüyün qədər də aciz deyilik.” Özümüz zəhmət çəkib hörmətli Mehriban xanıma müraciət edə bilərik və edirik!

Hörmətli Mehriban xanım! Diqqətinizə çatdırmaq istəyirik ki, 20 saylı məktəb-liseydə baş verən bütün qanunsuzluqlar sizin və yaxınlarınızın adından həyata keçirilir. Sizin böyük etimadınız S.Veysova tərəfindən rüşvət və korrupsiya səviyyəsinə endirilib. Sizin adınızdan və hamımızın hörmət etdiyi qızınız Arzu xanımın yaxınlarının adından istifadə edən S.Veysova 20 saylı məktəb-liseyi özəl müəssisəsinə çevirib. Burada təhsilin səviyyəsi yüksəlməsə də şagirdlərdən və müəllimlərdən toplanan aylıqların həcmi aybay artır. Özünü “toxunulmaz” statusunda hiss edən S.Veysova heç kimlə hesablaşmır, dövlət məktəbini şəxsi qanunları ilə idarə edir.

Hörmətli Mehriban xanım! Sosial şəbəkələrdə valideynlər 20 saylı məktəb-liseydə baş verənlərlə bağlı “qan ağlayırlar.” Valideynlər bildirir ki, 2017-ci ildə cənab Prezidentin və sizin açılışında iştirak etdiyiniz məktəbin təmiri üçün S.Veysova hər sinifdən 120 manat pul yığdırır. Görürsününzmü dövlətin təhsilə olan böyük qayğısı hansı səviyyəyə endirilib, sosial şəbəkələrdə necə müzakirə və lağ predmetinə çevrilib? S.Veysovanın pul toplama kompaniyası bununla da yekunlaşmır. Bu il məktəbi bitirən 11-ci sinif şagirdlərinin hər birindən 40 manat yığılması barədə də valideynlər məlumat yayıblar. Şagirdlərin həyatında ən əlamətdar günlərdən birini S.Veysova “palatka toyu”na döndərib. Bax beləcə paytaxtın mərkəzində, hamımızın gözü qarşısında S.Veysova Azərbaycan təhsilini məhv edir.

Hörmətli Mehriban xanım! İnanırıq ki,20 saylı məktəb-liseydə artıq nəzarətdən çıxmış,uçuruma yuvarlanan vəziyyəti nəzarətə götürəcəksiniz. Sizin adınızdan istifadə edən S.Veysovanın qaranlıq əməllərinə son qoyacaqsınız! (Rubrika.Az)

pia.az


Şərh yazın.

loading...