Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda çevriliş cəhdi, ermənilərin qənimi, killer mafioz - Dosye

Türkiyənin dərin dövlət təşkilatlanmasında kriminal aləm üzvləri yaxından iştirak edib

Bunlara misal olaraq, Abdullah Çatlı, Ələddin Çakıçı kimiləri misal çəkmək olar.

Əfsanəvi mafioz Abdullah Çatlı kimdir?

Abdullah Çatlı 1956-cı ildə Türkiyənin Nevşəhər şəhərində anadan olub. Hələ məktəb illərində türk millətçisi kimi formalaşıb. 1978-ci ildə Çatlı Türkçü Gənclik Dərnəyinin sədr müavini seçilir.

Həmin il Çatlı Hacəttəpə Universitetinin professoru Bədrəddin Comərdin öldürülməsinin əsas şübhəlisi hesab olunur.

Polisdən bir müddət qaçsa da, Sakaryada saxlanılır. Həmçinin Çatlının İstanbulda 7 solçu gəncin qətlinin əsas sifarişçisi olduğu iddiasıyla barəsində həbs qərarı verilir. Lakin bir müddət sonra o, azadlığa çıxa bilir.

1982-ci ildə Abdullah Çatlı İsveçrədə saxta pasportla tutulur, lakin bir qədər sonra sərbəst buraxılır.

1983-cü ildə Parisdə MİT-lə (Milli İstihbarat Təşkilatı) əlaqəyə keçir və ASALA-ya qarşı təşkil olunan 5 əməliyyatda iştirak edir.

Abdullah Çatlı 1984-cü ildə Parisdə saxta pasportla tutulduqdan sonra 7 il həbs cəzasına məhkum olunur.

1985-ci ildə Papa sui-qəsdi iddiasında şahid qismində iştirak edən Abdullah Çatlı Oral Çəlikin sui-qəsdlə əlaqəsinin olmadığını, Əli Ağcanın isə Bolqar agenti ola biləcəyini iddia edir.

Çatlı qısa bir müddət sonra Fransa tərəfindən 7 il cəza aldığı İsveçrəyə qaytarılır.

O, 1990-cı ildə Bostadel həbsxanasından qaçır.

Abdullah Çatlının adı saysız-hesabsız cinayət əməllərində hallanır. Bunlardan biri o zamankı qumarxanalar kralı sayılan Lütfü Topalın öldürülməsidir.

O, 1996-cı ildə maşını ilə evinə gedərkən İstanbulun Yeniköy adlanan hissəsində silahlı hücum nəticəsində həyatını itirir. Qətlin üstü indiyədək açılmasa da, cinayətin Abdullah Çatlı tərəfindən planlaşdırdığı şübhəsi var.

Abdullah Çatlının adının hallandırıldığı digər bir cinayət əməli Azərbaycanda dövlət çevrilişinə cəhd hadisəsidir. Onun Əbülfəz Elçibəyi hakimiyyətə gətirmək üçün çevriliş planlaşdırdığı deyilir.

1993-cü ildə saxta pasportla Türkiyəyə gələn Abdullah Çatlı polis tərəfindən saxlanılır. Lakin elə həmin il sərbəst buraxılır. Çatlı Türkiyə məhkəmələrində heç bir cinayətlə təqsirləndirilmir və onun barəsində hər hansı bir hökm çıxarılmır.

Abdullah Çatlı 3 noyabr 1999-cu ildə Balıkəsirin Susurluk adlanan hissəsində yol qəzasına düşür. Tarixə "Susurluk qəzası” kimi düşən qəza nəticəsində Çatlı ölüb.
Qəza baş verən zaman maşında Abdullah Çatlı ilə yanaşı onun sevgilisi Qonca Us, avtomobili idarə edən İstanbulun sabiq polis rəisinin köməkçisi Hüseyn Kocadağ da həyatını itirib. (BakıPost)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar