Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Salyanda 250 yaşı olan “Quran” kitabları saxlanılır - Foto

"Quran" Nizami Gəncəvi adına Salyan şəhər mərkəzi kitabxanasında saxlanılır

Qafqaz müsəlmanlarının III şeyxülislamı Şeyx Əhməd Səlyaniyə məxsus 250 ildən artıq yaşı olan iki "Quran" Nizami Gəncəvi adına Salyan şəhər mərkəzi kitabxanasında saxlanılır. Şeyx Əhməd Səlyaniyə məxsus olan bu kitablar kitabxananın xüsusi şöbəsində qorunur.

Salyan mərkəzləşdirilmiş kitabxanasında bir neçə ildir "Kitab abidələr"i mövcuddur.

Həmin kitablar dövlət reystr xidmətində qeydiyyatdan keçərək xüsusi şöbədə saxlanılır. Kitabxananın mübadilə şöbəsində qorunan 114 adda "Kitab abidələr"in bir əsrdən çox yaşı var. Bunlardan 69-u lüğət tərkibli, 15-i söz birləşmələri haqda ensiklopedik lüğət, 6-sı isə yer planetindən bəhs edən ensiklopediyadır. Qalanları isə "Quran" kitabının nümunələridir. Bunların arasında ən dəyərlisi iki Qurani-Kərim kitabıdır. Həmin kitablar Şeyx Əhməd Səlyaniyə məxsus kitablardır.

Deyilənlərə görə, Şeyx Əhməd Səlyani təxminən 1865-ci ildə həmin bu kitablardan istifadə edib. Ondan yadigar qalan bu kitablar 1937-ci il repressiya qurbanı olan Salyanın nüfuzlu din xadimi Mirbağır ağa Ağazadə kimsənin əlinə keçməsin deyə torpağın altında basdırıb. Qazıntı zamanı bir neçə il bundan öncə həmin kitablar aşkar edilib və şəxsi evlərdə qorunaraq saxlanılıb. Bu yaxınlarda isə həmin kitablar mərkəzi kitabxanaya hədiyyə verilib.(Oxu.az)

pia.az

 

Fotolar





Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar