Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Allah Surətin evini yıxsın!..”

“1993-cü il 4 iyun Azərbaycan dövləti tarixində qara gündür. Amma çox bəlaların kökü lap əvvəldən başladı. Ə.Vəzirovun devrilməsi, 20 Yanvarla nəticələnən hadisələr”

Bunu siyasi ekspert Rəşid Hacılı deyib. O, bildirib ki, bu, Azərbaycanda 1990-cı ildə keçirilməsi gözlənən, yeni qüvvələrin qalib gələcəyi şübhə doğurmayan parlament seçkilərinin qarşısını aldı. Bunun ardınca Ayaz Mütəllibovu Moskva hərbi rejim şəraitində hakimiyyətə gətirdi. Bir müddət sonra isə həmin Mütəllibov saxtalaşdırılmış parlament seçkiləri keçirdi.

R. Hacılı bildirir ki, Mütəllibov seçki komissiyalarını tam nəzarətə götürdü, bütün deputatlar (360 deputat) bir neçəsi istisna olmaqla Mərkəzi Komitədə razılaşdırıldı: “Basqı altında müxalif qüvvələrdən seçilənlər də ən populist, ən radikal şəxslər oldular. Liberal demokratik kəsim demək olar ki, kənara sıxışdırıldı hakimiyyət tərəfindən.

Parlamentin 70-80 faizi 1-ci katiblər, idarə müdürləri, zavod direktorları, rayon KQB, polis rəisləri və başqaları təyin edildilər.

Bunun ardınca o özünü həmin saxta parlamentdə prezident seçdirdi. Sonra yenə saxta prezident seçkiləri, saxta referendum, SSRİ-də qalmaq barədə və sairə. Hər şey xalqın iradəsindən uzaq və saxta.

Bu saxta parlament nə Mütəllibovun hakimiyyətini gücləndirdi, nə də ölkəni. Əksinə etirazları artırdı və ermənilərin hücumları qarşısında ölkəni siyasi baxımdan zəif, idarəolunmaz duruma saldı. Moskvanın qarşısında mütiliyini gizlətməyən Mütəllibov bütün Azərbaycanı Moskvadakı bəzi dairələrin maraqlarının qurbanına çevirdi.

İsrarla nizami ordu yaratmağa qarşı çıxaraq ölkəni erməni silahlıları qarşısında müdafiəsiz qoydu. Bu nizamsız, təlimsiz, vahid komandanlığa tabe olmayan özünümüdafiə dəstələrinin yaranmasına gətirib çıxardı.

Surətkimilər də onda yarandı. Yenə də Moskvada oturub Azərbaycana yaxşı heç nə arzulamayan qüvvələrin tapşırığı və yardımıyla.

Beləliklə, bir mərkəzdən idarə və təhciz olunan nizami ordu əvəzinə hərcmərclik, siyasi çəkişmələrin hərbiyə sirayət olunması.

Xalq hərakatı liderlərinin səhvlərini, eləcə də Elçibəy hakimiyyətinin nöqsanlarını, həmin dövrdəki müxalif AMİP, ASDP, YAP və başqalarının yanlışlıqlarını gözardı etməyərək deməliyik Mütəllibov dövrü əksər siyasi və hərbi bəlaların toxumunun səpilib cücərdilməsi dövrü oldu. Bu da Qarabağın işğalı və Azərbaycanın normal, demokratik inkişaf yolundan dönməsində böyük rol oynadı.

Əslində, bu gün xalq içində geniş yayılmış “Allah Surətə lənət eləsin!” deyimindəki lənət təkcə Surətə aid deyil”.(Yeni Sabah)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar