Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ Konqresi texnologiya nəhənglərini araşdırır - Monopoliya...

Texnologiya şirkətlərinin bazar üzərindəki gücü və nəzarəti ciddi bir problem halına gəlib..

Vivian Ho
“The Guardian” qəzeti, Böyük Britaniya, 4 iyun 2019-cu il


ABŞ Konqresinin Hüquq Komitəsi mövcud qanunların bazar rəqabətində nə dərəcə işlək olduğunu yoxlamaq üçün araşdırmalara başlayıb.

Konqres “rəqabət problemləri” və “rəqabətə zidd davranışlar”la bağlı olaraq “Facebook”, “Google”, “Amazon” kimi nəhənglər, rəqəmsal bazarlar və texnologiya sənayesi barədə istintaqa start verib.

Hüquq Komitəsinin sədri Cerold Nedler öz açıqlamasında bildirib: “Azad internet şəraiti amerikalılar üçün iqtisadi fürsətlərin artması, böyük investisiyaların qoyuluşu və online təhsil baxımından çox faydalıdır”. Nedler həmçinin əlavə edibki, “bir ovuc keşikçinin online ticarət və kommunikasiya vasitələrini ələ keçirməsi ilə bağlı sübutlar var”.

Əlavə olaraq, komitənin ortaq şəkildə verdiyi bir açıqlamada deyilir ki, komitə rəqabət problemlərini və rəqabətə zidd davranışları araşdırmaqdan əlavə, monopoliya ilə bağlı hüquqları, rəqabət siyasətlərini və tətbiq sahələrinin nə dərəcədə uğurlu olduğunu qiymətləndirəcək.

Hüquq Komitəsinin üzvü Cim Sensenbrener isə qeyd edib ki, texnologiya amerikalıların həyatının böyük bir hissəsinə çevrilib. Dünya rəqəmsal bazarlara öyrəşdikcə ədaləti və sağlam rəqabəti təmin edən mühitin necə inşa ediləcəyini də müzakirə edilməlidir.

Verilən xəbərə görə, ABŞ-ın monopoliyaya qarşı tənzimləyici qurumları da də texnologiya nəhəngləri üzərində ciddi şəkildə istintaq aparırlar.

Bu həftənin bazar ertəsi səhər saatlarında ABŞ texnologiya səhmdarları da ABŞ monopoliya araşdırmaçılarının Apple, Facebook və Google kimi şirkətləri araşdırmağa başladığını bildirib. ABŞ Ədliyyə Departamenti ilə olan razılığa əsasən, Federal Ticarət Komissiyası da Facebook-da rəqəmsal bazardakı rəqabətə zərər verə biləcək tətbiqləri araşdırmağa hazırlaşır.

Həmçinin, “Reuters” agentliyi bildirir ki, Ədliyyə Nazirliyi texnologiya nəhənglərinin öz güclərindən rəqabətə ziddi bir şəkildə istifadə edib etməyəcəyini təsbit etmək məqsədilə Appel-da istintaq aparmaq üçün icazə alıb.

Keçən həftə isə “Wall Street” jurnalı bildirmişdi ki, Ədliyyə Nazirliyi “Google”dakı tətbiqlərlə bağlı bir monopoliya istintaqı aparmaq istəyir.

Bu texnologiya şirkətlərinin bazar üzərindəki gücü və nəzarəti ciddi bir problem halına gəlib və ABŞ hökuməti artıq bu şirkətləri bölmək barədə müzakirələrə başlayıb.

Prezident olmağa can atan senat Elizabet Uarren uzun müddətdir texnologiya şirkətlərinin daha çox araşdırma aparılmalı olduğunu müdafiə edirdi. Uarren bir bloq yayımında belə deyib: “Bu gün böyük texnoloji şirkətlər iqtisadiyyatımız, cəmiyyətimiz və demokratiyamız üzərində olduqca təsirlidir. Lakin onlar olmazın rəqabət aparır, şəxsi məlumatlarımızdan gəlir əldə etmək üçün istifadə edir və oyun meydanını qarşıdakı digər hər kəsə qarşı alətə çevirirlər. Bununla da, kiçik bizneslərə ziyan verir və innovasiyanın qarşısını kəsirlər”.

Uarren həmçinin qeyd edib ki, hər kəsin, hətta böyük və güclü şirkətlərin də qaydalara əməl etdiyi bir hökumət istəyir..

2020-ci il ABŞ prezident seçkilərinə namizəd olan kaliforniyalı senat Kamala Harris isə “Facebook”un ayrılması ilə verilən suala “ciddi şəkildə izləmək lazımdır”, deyə cavab verib.

Harris: “Düşünürəm ki, “Facebook” qlobal səviyyədə böyüyür və istifadəçilər məhz öz maraqlarına görə “Facebook”un böyüməsinə şərait yaradırlar. Şübhəsiz ki, bu məsələ ilə bağlı araşdırma və nizamlama aparılmalıdır”.

Silikon Vadisini təmsil edən konqres üzvü Ro Kanna isə yayımladığı bir bildirişdə innovasiya və inkişafa mane olmadan “güclü monopoliya nəzarəti”ni müdafiə edib.

“Hüquq Komitəsi bildirməlidir ki, texnologiya güclü monopoliya nəzarəti qarşısında məsuliyyət daşıyır. Lakin istənilən istintaq reallığa əsaslanmalıdır. Həmçinin, innovasiya və inkişafı təmin edərkən qeyri-sağlam rəqabətin də qarşısını almalıyıq”, deyə konqresmen bildirib.


Tərcümə PİA.az-ındır.

Orijinal

Fatimə ƏLİYEVA
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən çox oxunanalar