Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Amerika Ticarət Palatasından Şahin Mustafayevə 3 təklif

Natavan Məmmədova konfransda çıxışı zamanı bildirib

“Bildiyiniz kimi biz ölkəyə yatırılan investisiyaların 80 faizni təmsil edirik. Bu gün burada bizə üzv olan sahibkarların fikirlərini bolüşmək istəyirəm”. Bunu bu gün təşkil olunan “Dövlət sahibkarın ən yaxşı tərəfdaşıdır” adlı konfransda çıxışı zamanı Azərbaycanda Amerika Ticarət Palatasının icracı direktoru Natavan Məmmədova bildirib.

“Bizim üvzlərin yarısı Azərbaycan şirkətləridir. Buradakı verilmiş imkandan istifadə edərək təkliflərlə çıxış etmək istəyirəm” deyə Natavan Məmmədova bildirib.

“Xaricdən birbaşa investisiyaların cəlb olunması üçün bir çox inkişaf etməkdə olan olkələrdə xarici investorların məşvərət şurası adlı qurum var. Həmin şuralarda xarici nümayəndəlikləri özündə birləşdirən məşvərət şuraları var. Bu məşvərət şuralarına adətən baş nazir rəhbərlik edir. Çox istədik ki, Azərbaycanda da belə bir şura olsun” deyə AmCham rəsmisi bildirib.

Daha sonra Natavan Məmmədova qeyd edib ki, xarici investorlar Azərbaycanda Amerika ticarət Palatasına ölkədə Antiintisar və istehlak bazarına nəzarət dövlət agentliyinin işi ilə bağlı çoxlu suallar ünvanlandırırlar.

“Bu qurumun işləməyi xarici investorlar üçün çox önəmlidir. İş adamları bizdən belə qurumun olub-olmaması ilə bağlı çox müraciət edirlər. İstərdik ki, bu qurum aktiv şəkildə işə başlasın. Həmçinin rəqabət məcəlləsini də səbirsizliklə gözləyirik. – deyə Natavan Məmmədova bildirib.

Azərbaycanda Amerika ticarət Palatasının üçüncü təklif isə proqnozlaşdırılma ilə bağlı olub. Onun sözlərinə görə, investorları narahat edən əsas məsələlərdən biri də bazarın proqnozlaşdırılmasıdır.

“Vergi xəritələri olsaydı yaxşı olardı. Misal olaraq enerji tarifləri və ya hansısa bir vergi barədə yenilik 3-4 ay öncədən məlum olsa daha yaxşı olardı. Şahin müəllim sahibkarların adından sizdən xahiş edirəm ki, bu təklifləri nəzərə alasız “ – deyə Natavan Məmmədova çıxışı zamanı qeyd edib.(Azpolitika.info)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Ən çox oxunanalar