Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Trampizm” İngiltərədə - İngilislər bu “bəla” ilə baş edə biləcəklərmi?..

Etirazlar təkcə Trampla bağlı deyil, həm də Trampın təmsil etdiyi hər şeylə əlaqədardır...

Owen Jones
“The Guardian” qəzeti, Böyük Britaniya, 3 iyun 2019-cu il

Trampizm artıq qadınlara, azlıqlara, iqlim probleminə və Milli Sağlamlıq Xidmətinə (NSH) qarşı bir hücumdur və bu hücum İngiltərəyə də keçib.

Donald Trampın kloun şousu artıq həddini aşıb. ABŞ-da onunla bağlı çox sayda tənqidlər dolu kimi yağır. Onu hər kəs zəifliyinə, çirkin xarakterinə görə tanıyır. Çünki onun gözündə ənənəvi qaydada ABŞ prezidenti olmaq, başqa ölkələrdə qara və qəhvəyi dərili insanlar öldürülərkən sosial normalar haqqında uzun-uzadı danışmaqdan ibarətdir.

Tramp fenomeni artıq “eşitdiniz bayaq nə dedi?”, şousuna çevrilib. Prezident Donald Tramp respublikaçı prinsiplərini deyil, yalnız və yalnız öz məqsədlərini güdüb. Seçkilər dönəmində də bu belə idi. Nəticə isə budur: artıq müzakirələr yalnız Trampın qaydaları ilə aparılır.

Çərşənbə axşamı Trafalqar meydanında baş tutacaq etiraz aksiyasında etirazçılar, təbii olaraq, öz şüarlarında Trampın siyasətinə qarşı nifrət dolu ifadələr yazacaqlar. Çünki Donald Tramp hər kəsin gözündə artıq mizogenist, neo-nasist və irqçi ağ adamları “yaxşı insanlar” adlandıran, anti-müsəlman propoqandasını dəstəkləyən və hətta, ölkə sərhəddində uşaqları valideynlərindən ayıran qanunların qəbul edilməsini tələb bir şəxsdir. Lakin etirazlar təkcə Trampla bağlı deyil, həm də Trampın təmsil etdiyi bütün məsələlərlə əlaqədardır.

Bildiyiniz kimi, ifrat sağçılıq Tramp tərəfindən inkişaf etdirilib və Braziliyadan Macarıstana, İspaniyadan İsveçə qədər böyük bir regiona yayılıb. Həmçinin, məlumdur ki, ölkəmizdə BREXİT partiyası da yüksəliş xəttindədir. Yaxın günlərdə isə bu partiyanın məşhur simalarından olan Ann Vidikom verdiyi açıqlama ilə ölkədəki cinsi azlıqların hüquqlarının müdafiəsini yenidən gündəmə gətirib: “Elm homoseksuallıq üçün dəqiq bir sübut önə sürə bilər”.

Həmçinin uzun müddətdir Trampın iyrənc formada ortaya atdığı anti-müsəlman fanatizmi artıq bütün Qərb dünyasını əhatə edir. İngiltərədə də də Torilər partiyası islamafob bir hücuma məruz qalmış və media da bu məsələni qızışdırmışdı.

Donald Trampın mizogenist mövqeyini xatırlayarkən deməliyəm ki, son vaxtlarda Tramp Adminstrasiyası transseksual əsgərlərin hərbi xidmət etməsini qadağan edərək, trans insanların yaşamaq hüquqlarına mane olaraq, sözün əsl mənasında, trans insanlara qarşı hücuma keçib. Lakin qəbul edək ki, ingilis mediasında da transfobiya hər zaman olub və hətta, liberal media belə hər zaman bu prosesin içində olub.

Digər bir məsələ isə ondan ibarətdir ki, Yəmənə bombalar atılarkən, Səudiyyə diktaturası silahlandırılarkən İngiltərə hökuməti hər zaman ABŞ-ın yanında olub. Trampın yaratdığı iqlim problemi hər birimizi təhdid edir və bu vəziyyətdə İngiltərə daha radikal qərarlar almalıdır.

Təbii ki, daha vacib problemlər də var. Məsələn, ABŞ səfiri açıq şəkildə bildirib ki, bir ticarət müqaviləsi ilə Milli Sağlamlıq Xidmətlərimiz ABŞ tərəfindən blokadaya alına bilər. Lakin “ölkəmizin Trampı” - Boris Conson - deyir ki, heç bir müqavilə İngiltərəni ABŞ-ın hava sahəsində sıxışdırmaqla təhdid etmir.

Qısacası, bu etirazlar sırf Trampla və onun bayağı TV şouları ilə bağlı olmayacaq. Bütün bu etirazlar əsas olaraq trampizmlə bağlı olacaq. Bu etirazların əsas məqsədi qadınların və cinsi azlıqların hüquqlarını müdafiə etmək, iqlim problemləri ilə mübarizə aparmaq, müharibə təhdidinə qarşı çıxmaq və NSH-ın təhlükəsizliyini təmin etməkdir.

Tramp yaxın günlərdə ölkəmizi tərk etsə də, trampizm ölkəmizi tərk etməyəcək və biz bununla mübarizə aparmaq üçün əlimizdən gələni edəcəyik.

Tərcümə PİA.az-ındır.

Orijinal

Fatimə ƏLİYEVA
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar