Praqa şəhərinin məhkəməsi bu haqda qərar verib
Çexiyanın paytaxtı Praqa şəhərinin məhkəməsi Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın qardaşı oğlu Naerk Sarkisyanın ölkəsinə ekstradisiyası barədə qərar qəbul edib.
Məlumatı Ermənistan KİV-i yayıb.
Qeyd edək ki, ötən il dekabrın 7-də “İnterpol” və Praqa polisi 31 yaşlı N.Sarqisyanı saxlayıb. Sənədləri yoxlanılan zaman onun üzərindən Franklin Qonsalesin adına saxta Qvatemala vətəndaşı pasportu aşkar edilib. Ermənistanda S.Sarqsyanın qardaşı oğluna qarşı narkotik maddələrin qanunsuz dövriyyəsi, qanunsuz silah saxlamaq, işgəncə vermək ittihamları irəli sürülüb.(Report)
pia.az