Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şirkət alimlərin binasındakı biabırçılığı gizləmək istədi...

Şirkət nümayəndəsi iddiaların əsassız olduğunu deyib

Son günlər mediada “Analoqu olmayan akademik biabırçılıq” adlı postlar paylaşılmaqdadır. Postrlarda AMEA-nın prezidenti, vitse-prezidenti və İşlər İdarəsinin müdirinin alimlər üçün tikilən binada bir neçə mənzili mənimsədiklərindən danışılır.
Qeyd edək ki, A.M. Şərifzadə 12 ünvanında inşa olunan 16 mərtəbəli yaşayış binasını “Evrostroy-S” şirkəti tikib.

Şirkət nümayəndəsi musavat.com-a iddiaların əsassız olduğunu deyib: “Sosial şəbəkələrdə ictimailəşən məsələdə tərəflərdən biri də şirkətimiz olduğuna görə məsələyə münasibət bildirməyimizin zəruri olduğunu düşündük. Əslində, bu cür ittihamlarda kimlərsə, AMEA rəhbərliyini şərləmək üçün bir növ bizim adımızdan istifadə edir. Postlarda adları göstərilən şəxslərlə qeyd olunan mənzillərə dair şirkətimiz arasında heç bir müqavilə yoxdur.

Belə ki, A.M.Şərifzadə 12 ünvanında inşa olunan 16 mərtəbəli yaşayış binasında 4-cü girişinin 5-ci mərtəbəsində 241 saylı 4 otaqlı (178,3 kv.m) və 242 saylı 2 otaqlı (63,4 kv.m) mənzillərin Akif Əlizad Ağamehdi oğluna (ümumi dəyəri 181.275 AZN), 4-cü girişinin 6-cı mərtəbəsində 247 saylı 4 otaqlı (178,3 kv.m) və 248 saylı 2 otaqlı (63,4 kv.m) mənzillərin Əlizadə Akif Ağamehdi oğlunun gəlini Əlizadə Tamilla Aşum qızına, 4-cü girişin 7-ci mərtəbəsində 253 saylı 4 otaqlı (178,3 kv.m) mənzil (dəyəri 133.725 AZN) AMEA-nın vitse-prezidenti Quliyev İbrahim Səid oğlunun adına, 4-cü girişin 8-ci mərtəbəsində 259 saylı 4 otaqlı (178,3 kv.m) mənzillərin dəyəri 133.725 AZN) AMEA-nın İşlər İdarəsinin müdiri Fətəli Abdullayevin sürücüsünün həyat yoldaşı Bayramova Ülviyyə Rafiq qızının adına rəsmiləşdirilməsi ilə bağlı şirkətimizlə heç bir müqavilə yoxdur. Əgər kimsə belə bir müqavilənin olduğunu iddia edirsə, o yalnız saxta sənəd ola bilər.

Qeyd edək ki, sözügedən yaşayış binasında 7500 kv.m ərazidə mənzillər AMEA əməkdaşlarına təhvil verilib. Bir çox sakinlər mənzillərinə köçüb, qalanlarının da köçürülməsi üçün yekun işlər görülür”.

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İşlər İdarəsinin müdiri Fətəli Abdullayev Yasamalda alimlər üçün tikilən binada sürücüsünün həyat yoldaşı Bayramova Ülviyyə Rafiq qızının adına mənzil alınması barədə məlumatı təkzib etməyib. Şirkətin açıqlamasından fərqli olaraq o, bildirib ki, sürücüsünün həyat yoldaşı AMEA-nın işçisidir: “Əgər mənzilin qiyməti ödənilibsə, burada qəbahətli nə var?! Belə olduğu halda hansı mənimsəmədən söhbət gedə bilər? Müqavilədə elə bir şərt var ki, Akademiyanın istənilən əməkdaşı həmin binadan güzəştli şərtlərlə mənzil ala bilər. Mənim sürücümün həyat yoldaşı da AMEA-nın işçisidir”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Ən çox oxunanalar