Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Aprel müharibəsi ilə bağlı araşdırma ordunu sarsıdacaq…” – Manukyan

Belə açıqlama ilə Vazgen Manukyan çıxış edib

2016-cı ili aprel müharibəsi ilə bağlı parlament istintaq komissiyasının yaradılması Ermənistan silahlı qüvvələri üçün olduqca təhlükəlidir.

Virtualaz.org xəbər verir ki, belə açıqlama ilə Ermənistanın ilk müdafiə naziri, prezident yanında İctimai şuranın sədri Vazgen Manukyan çıxış edib.

Mayın 20-də baş nazir Nikol Paşinyan aprel müharibəsi zamanı baş verənlərin araşdırılması üçün komissiya qurulmasının vaxtının çatdığını bildirib. Ermənistan parlamenti bir neçə gün əvvəl belə komissiyanı artıq formalaşdırıb, bu işi müdafiə və təhlükəsizlik daimi Komissiyasına həvalə edib.

“Mən bu komissiyanın yaradılmasını təhlükəli və zərərli sayıram. Komissiyanın yaradılması olduqca təhlükəli nəticələrə səbəb ola bilər ki, mən hətta bu haqda indi danışmağa da çəkinirəm”-Manukyan bildirib.

O əlavə edib ki, deputatların komissiya çərçivəsində ordunun işlərinə qeyri-məhdud qarışması yolverilməzdir. Çünki bu silahlı qüvvələrin müdafiə imkanlarını sarsıda bilər.

“Milli məclis ordunun işlərinə qarışmalı deyil…Hər şeyi korrupsiya ilə mübarizə adı altında dağıtmaq olmaz”-Manukyan bildirib.

Xatırladaq ki, aprel döyüşləri Ermənistan ordusunda təchizat, komandanlıq, hərbi hissələr arasında əlaqə və digər sahələrdə ciddi problemləri ortaya çıxarıb. Bu faktlara görə Müdafiə Nazirliyinin o vaxtkı rəhbərliyinə daxil olan şəxslərin demək olar ki, hamısı vəzifələrini itiriblər.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar