Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Nar” autizmli uşaqlara dəstək oldu

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə..

“Nar” 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə autizm sindromlu uşaqlar üçün ölkəmizdə ilk dəfə keçirilən Autizm Mədəniyyət Festivalına dəstək olub. Heydər Əliyev Mərkəzində keçirilmiş festivalda autizim sindromlu uşaqlar incəsənətin müxtəlif sahələrində öz istedadlarını nümayiş etdiriblər. Rəqslərlə, solo, xor şəklində ifalar, tanınmış sənətçilərlə birgə çıxışlar ilə zəngin olan festivalda autizm sindromlu uşaqlar podiumda bir model kimi də bacarıqlarını göstəriblər. Festivalın təşkilatçıları “Birgə və Sağlam” İctimai Birliyi, “Uşaqların Xoşbəxt Gələcəyi” İctimai Birliyi və “Ümid var” xeyriyyə könüllüləri olub. Layihə Heydər Əliyev Fondu tərəfindən dəstəklənib.

Autizm sindromlu uşaqlar podiumda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın əsəri köçürülmüş parçadan modelyer Afaq İsmayılovanın hazırladığı kolleksiyanı təqdim ediblər. Festivalda Türkiyədən gələn və autizm sindromlu uşaqlardan ibarət olan İzmir Autizm Orkestri – İZOT xor qrupu maraqlı proqramla cıxış edib. Qonaqların “Autizm nədir?” sualına cavab tapması üçün qısametrajlı animasiya filmi də nümayiş olunub.

Tədbir autizm sindromlu uşaqların öz istedad və bacarıqlarını nümayiş etdirmələrinə şərait yaratmaq, onların sosiallaşmasına, cəmiyyətə inteqrasiya olunmalarına dəstək olmaq məqsədi daşıyır. Qeyd edək ki, “Nar” xüsusi qayğıya ehtiyacı olan insanları daim diqqətdə saxlayır və onların cəmiyyətə inteqrasiya olunması istiqamətində müxtəlif addımlar atır. Mobil operator “autizm spektr pozuntuları” diaqnozlu uşaqlarla bağlı bir neçə layihə icra edib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar