Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qloballaşmanın və “Brüssel diktaturası”nın sonu çatır?..  

Parlament seçkiləri ilə əl dəyişdirən Avropa Birliyi necə qurulmuşdu?..

Ali Rıza Taşdelen
“Aydınlık” qəzeti, Türkiyə, 3 iyun 2019-cu il

Avropa Parlamenti (AP) seçkilərinin nəticələri bizim üçün heç təəccüblü olmadı. Qloballaşmanın neo-liberal siyasətləri içində ilişib qalan və Atlantik cəbhəsinin məngənəsindən xilas olmağa çalışan Avropa Birliyi (AB) bu prosesə uyğun bir nəticə ilə üz-üzə qalıb.

Qloballaşma və AB-nin qurulması

Avropa İqtisadi Cəmiyyətini Avropa Birliyinə çevirən Maastrixt sazişi 7 fevral 1992-ci il tarixində imzalanıb və 1 noyabr 1993-cü ildə qüvvəyə minib.

ABŞ-ın liderlik etdiyi neo-liberal qloballaşma prosesinin qızğın dönəmi idi. AB-nin liderliyini edən Fransa və Almaniya Fransua Mitterrand və Helmut Kolun rəhbərliyi ilə AB-ni qloballaşmanın təsirinə salmışdılar. Hətta, ABŞ-ın tək qütblü dünyasında AB-ni qloballaşma lideri etmişdilər.

Xalqdan uzaq, elitanın rəhbərliyində olan bir “Brüssel diktaturası” formalaşmışdı. Birliyə üzv olan ölkələrin milli üstünlükləri hər sahədə tapdanırdı.

Bazarların və bankların, yəni maliyyə oliqarxiyasının əmrində olan sağçı, solçu hökumətlər “demokratik” bir oyunun fiqurları idilər.

Konstitusiyasız Birlik

2005-də Birliyin Konstitusiyasını hazırlayıb referenduma çıxarmışdılar. Fransa xalqının 29 mayda AB Konstitusiyasına yox deməsi Avropa Birliyinin gələcəyini sual altında qoymuşdu. Beləliklə, AB Konstitusiyası etibarsız hala gəlmişdi. Yarım əsrlik bir proses müddətində hökumətlər və bürokratlar xalqın tələbini nəzərə almadan bütün qərarları özbaşına verirdilər.

Bu konstitusiya qlobal neo-liberal, azad bazar iqtisadiyyatını təsbit edirdi və sosial dövləti ortadan qaldırırdı. Sosial xərclərin azaldılmasını, ictimai xidmətlərin zəiflədilməsinı, hətta tamamilə ortadan qaldırılmasını təsbit edirdi. Son yüzillikdə qazanılmış sosial haqlara hücum edir, özəlləşmədirməni məcburi şəkildə yeridirdi. Demokratik qərar mexanizmlərini yox edir, milli üstünlükdən imtina etməyi nəzərdə tuturdu. Dinin ictimai sahəyə daxil olmasına şərait yaradır və dünyəviliyi heçə sayırdı. Milli azlıqları öz plana çıxararaq millət-dövlət quruluşunu parçalayırdı.

Lissabon sazişinə məcbur qaldılar

AB Konstitusiyasının Fransa və Hollandiya xalqı tərəfindən rədd edilməsi ilə ortaya çıxan böhranın qarşısını almaq üçün dönəmin Fransa Prezidenti Nikol Sarkozi bir addım atmışdı. AB Konstitusiyası əvəzinə önə sürülən “Sadələşdirilmiş Avropa Sazişi” 2007-ci ildə Almaniyanın dəstəyi ilə Portuqaliyanın paytaxtı Lissabonda keçirilən AB zirvə görüşündə qəbul edilmişdi.

Bu saziş AB Konstitusiyasını əvəz etmişdi. Lissabon Sazişi, əsasən, 2005-ci ildə Fransa və Hollandiya xalqı tərəfindən rədd edilən AB Konstitusiyası əsasında formalaşmışdı. Saziş 2008-də üzv olan ölkələrin parlamentində səsvermə nəticəsində qəbul edilmiş və 2009-da qüvvəyə minmişdi. Bu dəfə isə xalqı kənarlaşdıraraq referendumdan imtina edilmişdi.

2008-ci il böhranı və Brüsselin tələbləri

2008-də ortaya çıxan maliyyə böhranı kapitalizmin beşiyi olan Avropanı dərindən sarsmış, iflasa gətirib çıxarmışdı. Dövlətin borc içində qalması, sənaye istehsalının davamlı olaraq zəifləməsi, işsizliyin gedərək böyüməsi və xalqın istehlak gücünün azalması nəticəsində sistem çökmüşdü.

Avropa Komissiyası böhrandan çıxış yolu kimi Fransaya qarşı öz tələblərini sadalayırdı:

- Pensiya sisteminin 2020-ci ildə normallaşdırılması üçün lazımi tədbirləri almaq;

- Dərman xərcləri də daxil olmaqla, səhiyyə sahəsində lazımi tədbirləri almaq;

- Ödənişlərin, yəni sahibkarların sosial qrantlarının məbləğini azaltmaq;

- İşsizlərin uzun müddət işsizlik müavinəti almasının qarşısını almaq;

- İctimaiyyətdə inzibati xərclərin miqdarını azaltmaq;

- Yerli idarəçilik üçün vergiləri artırmaq.

Xalqın cavabı

Orta sinfi belə hövsələdən çıxaran və 6 aydır davam edən “Sarı Jiletlilər" hərəkatı Fransanı sarsıdıb. 2017-ci il prezident seçkiləri başlayarkən sistemin sağçı mühafizəkar və solçu demokrat partiyaları əleyhinə olan xalq AP seçkilərində də eyni mövqedən çıxış edərək qloballaşma əleyhinə olan milliyətçi partiyalara, xüsusilə də, Marin Le Penin “Milli Cəbhə” Partiyasına səs verməklə qlobalistlərə lazımi cavabı verib.

Tərcümə PİA.az-ındır.

Orjinal

Fatimə ƏLİYEVA
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar