Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tramp Avstraliya ilə də ticarət müharibəsinə başlayır

“The New York Times”: “Tramp Avstraliyaya tətbiq olunacaq gömrük vergiləri ilə bağlı müzakirə aparıb”

Ana Swanson, Maggie Haberman and Jim Tankersley,
“The New York Times” qəzeti, ABŞ, 2 iyun 2019-cu il

Prezident Donald Tramp Adminstrasiyası ilə yaxın günlərdə Avstraliyadan idxal edilən mallara gömrük vergisi qoyulması ilə bağlı müzakirə keçirib və prezident öz qərarını versə də, Adminstrasiya üzvlərinin bəziləri Trampın bu qərarı ilə razılaşmayıblar.

PİA.az xəbər verir ki, Trampın ən üst səviyyədəki iqtisadi müşavirlərinin dəstəklədiyi bu fikir Dövlət Departamentinin və hərbiçilərin etirazına səbəb olub.

Avstraliyaya tətbiq olunacaq yeni gömrük tarifələrinin əsasən aluminium idxalına tətbiq olunması nəzərdə tutulur. Həmçinin, Avstarliyadan idxal olunan digər məhsulların da rüsumlarının qaldırılması müzakirə olunub. Pentaqon və Dövlət Departamentinin vəzifəli şəxsləri isə Trampın bu qərarına etiraz edərək bildiriblər ki, prezidentin bu qərarı ABŞ-la böyük müttəfiqləri arasında soyuqluq yaradacaq və nəticədə, ABŞ-ın strateji maraqları ziyan görə bilər.

Trampdan Avstraliyaya gömrük vergisi qoyulacağı soruşulduqda isə prezident: “Avstraliyadakı vəziyyət qəribədir”, deyə cavab verib.

Ağ Evin sahibi, həmçinin, müxbirlərə bildirib ki, o, ABŞ-la Avstraliyanın arasındakı münasibətlərdən heç də narazı deyil: “Münasibətlərimiz olduqca güclüdür, ümumiyyətlə, Avstraliya ilə çox xüsusi bir münasibət qurmuşuq”, deyə prezident vurğulayıb.

Qeyd edək ki, prezident Donald Trampın ticarətdə idxal vergisini artırması yaxın müttəfiqləri Kanada, Meksika, Avropa və Yaponiya kimi ölkələrlə ticarət gərginliyinə gətirib çıxarıb. Həmçinin, Trampın atdığı addımlar Çinlə gedən ticarət müharibəsini daha da dərinləşdirir.

Tərcümə PİA.az-ındır.

Orjinal

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar