Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Göyçayda körpüsü uçan şirkət Ağsuda tender udub – Rəhbəri həbsdə olsa da…

Şirkət Göyçay çayı üzərindəki körpünün aşmasının əsas səbəbkarıdır

Azərbaycanda tenderlərin hələ də qaranlıq və şübhəli sövdələşmə obyektləri olaraq qalması barədə mətbuatda çox yazılıb. Təəssüf ki, bu sahə hələ də ölkədəki korrupsiya ocaqlarından biri sayılır. Çox zaman istər nazirliklər, istərsə də digər dövlət qurumları öz “çevrələrinə” aid şirkətlərlə işləməyə üstünlük verirlər. Bu isə istər-istəməz müəyyən şübhə və ehtimallara yol açır.

“Kommersant.az” xəbər verir ki, Ağsu Rayon İcra Hakimiyyətinin (RİH) yarım milyonluq tenderinin bəzi maraqlı məqamları üzə çıxıb. Məlumatda deyilir ki, Ağsu şəhərində asfalt-beton işlərinin görülməsi üçün tender elan edilib. Tenderin qalibi isə “ATF” MMC olub. Nəticədə şirkətə 492 min 822 min manat pul ayrılıb.

Məsələ ondadır ki, bu şirkət ötən ilin iyun ayında Bakı-Şamaxı-Yevlax yolunun 217-ci kilometrində Göyçay çayı üzərində yerləşən körpünün uçmasının əsas günahkarlarından sayılır. Belə ki, məhz qum-çınqıl yataqlarında aparılan qanunsuz istismar işlərinə görə “ATF” MMC-nin təsisçisi və faktiki rəhbəri Fəxrəddin Muradov Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı ilə həbs olunub.

Xatırladaq ki, rəsmi məlumatda bildirilir ki, ötən il Göyçay çayı üzərində körpünün uçmasına görə dövlətə 3 milyon manat zərər dəyib. “ATF” MMC isə bunun qarşılığında 316 min 800 manat dəyərində cərimə olunub. Maraqlıdır ki, bu hadisədən cəmi bir il sonra Ağsu Rayon İcra Hakimiyyəti yenə həmin şirkətə “stavka” edir. Sayt yazır: “Sözügedən şirkət dövlətə 3 milyon zərəri qarşılığında 317 min manat cərimələnir və 1 il sonra Ağsu rayon icra başçısı Ənvər Seyidəliyev tərəfindən yarım milyonluq tenderin qalibi olaraq mənfəətə keçir…”

O da qeyd olunur ki, təsisçisi F.Muradovun həbsindən sonra şirkətə Azad Muradov rəhbərlik edir.
Xatırladaq ki, Ağsunun icra başçısı Ənvər Seyidəliyev sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun dayısıdır.

pia.az



 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Ən çox oxunanalar