Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İstismardan çıxarılan sistem üçün 1.5 milyon pul xərclənib

“Hərdən mənə elə gəlir ki, təhlükəsizliyə, informasiya və innovasiyalar sahəsində milli maraqlarımıza nəzarət edən bəzi dövlət qurumlarımızın deyəsən ölkədə baş verənlərdən ümumiyyətlə xəbəri yoxdur”

Bunu texnologiya üzrə mütəxəsis Osman Gündüz deyib. O, bildirib ki, son dövrlərdə ölkədə ciddi islahatlar aparılır. Prezident tərəfindən ölkədə dayanıqlı informasiya infrastrukturunun qurulması və innovasiyaların inkişafı ilə bağlı ciddi mesajlar verilib və rəsmi sənədlər qəbul edilib.

Lakin məlum olur ki, son 1 il ərzində Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin yalnız bir qurumu - AzTelekom 1.5 milyon manat dəyərində HUAWEI avadanlığı alıb. Məqsəd isə qəribə görünsə də regionlarda ADSL texnologiya ilə interneti inkişaf etdirməkdir.

“Bununla təxminən 60 000 ADSL müştəriyə mis məftil üzərindən internet xidməti göstərilməsi nəzərdə tutulub. Digər özəl provayderlərdən “oğurlanan” müştərilər bu saya daxil deyil.

Son dövrlərdə baş verən “müştəri oğurluğu” və küçələrdə ONU ATS-lərinin quraşdırılması proseslərindən belə anlamaq olar ki artıq regional internet infrastrukturumuz HUAWEI üzərində “oturdulur”. Proses də davam edir.

ADSL artıq bütün dünyada istehsalatdan və istismardan çıxarılıb. HUAWEI ilə bağlı məsələ də məlumdur.

Belə olan halda mən Prezident Administrasiyasının innovasiyalar qurumuna, XDMX –ya və hökumətə müraciət edirəm: NRYTN-in, AzTelekom dövlət qurumunun atdığı addımlar informasiya və innovasiyaların inkişafı sahəsində milli maraqlarımıza uyğundurmu? Bütün bunlar son dövrlərdə Prezident tərəfindən imzalanan strateji sənədlərlə nə dərəcədə uzlaşır?”.(yeni sabah)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Xüsusi zolaqların çoxalması velosiped alanların sayını artırdı - Video

Müharibə başlayandan bəri Belqorod vilayətində 120 nəfər ölüb

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Ən çox oxunanalar