Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cəbhədə təxribat: Bu həmsədrlərə açıq-aşkar meydan oxumaq deyilmi?

Politoloq: “Dünən Azərbaycan ordusunun şəhid verməsi onu göstərir ki, son vaxtlar danışıqlar prosesinin intensivləşməsinə baxmayaraq vəziyyət dəyişməyib”

“Yaxşı olardı ki, həmsədrlərin özləri baş verən hadisədən nəticə çıxarardılar. Təəssüflər olsun ki, həmsədrlər belə hallara heç bir reaksiya vermir”.

Bu sözləri politoloq İlqar Vəlizadə dünən cəbhə xəttində baş verən insidenti PİA.az-a şərh edərkən qeyd edib.

Dünən Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəs rejimini kobud surətdə pozmaqla növbəti dəfə təxribat törədib.

ATƏT-in Minsk qrupunun həmsədrlərinin ölkəmizdə səfərdə olduğu bir vaxtda, mayın 30-da səhər saatlarında cəbhənin Ağdam rayonu istiqamətində düşmən tərəfindən açılan snayper atəşindən Azərbaycan Ordusunun hərbi qulluqçusu Omarov Aqil Akif oğlu şəhid olub.

Cəbhədə olan təxribat həmsədrlərə açıq-aşkar meydan oxumaq və Bakıya verilən ismarıc deyilmi? Ümumiyyətlə həmsədrlərin regiona bu boş səfərlərinə hansısa ehtiyac varmı?

İlqar Vəlizadə: “Həmsədrlərin planı açıqlanmadığına görə cəmiyyətdə belə bir təəssürat yaranır ki, onlar regiona elə-belə gəlirlər”.

Bu cür vəziyyətdən tərəflərin müəyyən nəticə çıxarmalı və daha radikal addımların atılmalı olduğunu vurğulayan politoloq bildirib ki, əgər doğrudan da Ermənistan xoşməramlılığı nümayiş etdirmək istəyirsə, bu zaman cəbhədə təxribatlar törətməklə yox, bu məsələnin təmin olunması ilə məşğul olmalıdır:

“Yaxşı olardı ki, həmsədrlərin özləri baş verən hadisədən nəticə çıxarardılar. Təəssüflər olsun ki, həmsədrlər belə hallara heç bir reaksiya vermir. Onlar cəbhədə baş verən hadisələrə ümumi reaksiya verirlər. Bunun nəticəsində də cəbhədən acı xəbərlər gəlməkdə davam edir.

Dünən Azərbaycan ordusunun şəhid verməsi onu göstərir ki, son vaxtlar danışıqlar prosesinin intensivləşməsinə baxmayaraq vəziyyət dəyişməyib. Müəyyən qərarların qəbul olunmasına baxmayaraq real vəziyyət cəbhə xəttindədir.

İlqar Vəlizadə: “Çox güman ki, həmsədrlərin əlində son razılaşmalarla bağlı hansısa gündəliklər var”.

Düşünürəm ki, bu cür vəziyyətdən tərəflər müəyyən nəticə çıxarmalı və Ermənistan tərəfindən atəşkəsin pozulmasının qarşısın alınması üçün radikal addımlar atılmalıdır. Son vaxtlar xoşməramlı təşəbbüslərdən, hətta girovların dəyişdirilməsi ilə bağlı da söhbət gedir. Əgər doğrudan da Ermənistan xoşməramlılığı nümayiş etdirmək istəyirsə, bu zaman cəbhədə təxribatlar törətməklə yox, bu məsələnin təmin olunması ilə məşğul olmalıdır.

Həmsədrlər son görüşdə əldə olunmuş razılıqlarla bağlı dəqiqləşmələr aparırlar. Bu səbəbə görə də regiona səfər edirlər. Amma təəssüflər olsun ki, onlar planı açıqlamırlar. Bu da danışıqlar prosesi ətrafında şəffaflığı təmin etmir. Həm də həmsədrlərin planı açıqlanmadığına görə cəmiyyətdə belə bir təəssürat yaranır ki, onlar regiona elə-belə gəlirlər. Həmsədrlərin əvəzinə biz ehtimallar irəli sürmək məcburiyyətində qalırıq.

Onu da qeyd edim ki, çox güman ki, həmsədrlərin əlində son razılaşmalarla bağlı hansısa gündəliklər var. Azərbaycan həmişəki kimi yenə də deyilən prinsipə əməl etməyə hazırdı. Amma Ermənistan bu prinsipə əməl etmək istəmir və vəziyyəti uzadır. Bu vəziyyəti də olduğu kimi həmsədrlər desələr bəlkə də bu zaman mənzərə daha aydın olardı. Amma həmsədrlər bunu etmirlər”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Ən çox oxunanalar